Öyrən

FINCA, həyatınız boyunca maliyyə rifahını təmin etmək məqsədilə maliyyə resurslarını səmərəli şəkildə idarə etməkdə sizə dəstək göstərmək üçün buradadır. Şəxsi və biznes maliyyənizi idarə edərkən sağlam qərarlar qəbul etməyiniz üçün vacib olan başlıqlara nəzər salın.

  • Kredit nədir? - Kredit borcalanın borc götürdüyü məbləği əvvəlcədən razılaşdırılmış müddət ərzində və əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq mərhələlərlə və ya hamısını birdən ödəmək şərti ilə adətən hesablanmış faizlərlə birlikdə aldığı məbləğdir.

  • Büdcə, müəyyən bir dövrdə (hər gün, hər həftə, hər ay, hər il) pulunuzu necə xərcləyəcəyinizə dair qərar qəbul etmək üçün hazırladığınız bir plandır və bu plan sizə nə qədər pul qazandığınızı və onu necə xərclədiyinizi göstərir.

  • Kredit almaq müəyyən bir ehtiyacı ödəməklə əlaqəli ciddi bir öhdəlikdir. Fərqli alternativlər axtarmağınız, ehtiyaclarınıza ən uyğun və qiymət, yəni kreditin müddəti ərzində ödəməli olduğunuz xərclər baxımından sizin üçün əlverişli olan krediti müqayisə etməyiniz və seçməyiniz vacibdir.

  • Büdcə planlaşdırmasında xərcləri zəruri və zəruri olmayan şəkildə ayırmaq vacibdir. Burada siz, zəruri və zəruri olmayan xərclərin necə ayırmaq lazım olduğu barədə məlumatları əldə edə bilərsiniz.

  • Pul yığmaq əşyaları gələcəkdə istifadə üçün saxlamaq kimidir. Pul yığmağın iki əsas yolu var: siz pulu evdə saxlaya və ya bank hesabına qoya bilərsiniz.