Müştərilərin Müdafiəsi

FINCA Azerbaijan-da müştəri ehtiyaclarına və müştərilərin rəylərinə cavab vermək bizim üçün əsas prioritetdir. Hər bir müştərinin unikal olduğunu nəzərə alır və onların istəklərinin yerinə yetirilməsini təmin edirik.

FINCA Azerbaijan müştərilərin maraqlarını prioritetləşdirmək məqsədini rəhbər tutur və ardıcıl olaraq mikromaliyyə sahəsində qəbul edilmiş müştəri müdafiəsi prinsiplərinə əməl edir. Biz səmimiyyət, inam və məsuliyyətə əsaslanan uzunmüddətli və güclü əlaqələri qiymətləndiririk.

Müştərilərimizə uyğun məhsullar təklif edir, həddindən artıq borcun yaranmasının qarşısını almaq üçün tədbirlər görür və müştəri müdafiəsi prinsiplərinə əməl edirik. Şərtlər və qaydalarımız kimi, qiymətlərimiz də şəffafdır. Biz müştərilərin məxfi məlumatlarını qoruyuruq və onların tələblərinə peşəkar şəkildə cavab vermək üçün bütün mexanizmlərə sahibik.

Təklif və şikayətlərinizi aşağıdakı əlaqə vasitələri ilə göndərə bilərsiniz:

Qeyd: Məktublar, telefon zəngləri və e-poçtlar FINCA Azerbaijan tərəfindən diqqətlə yoxlanılır və məxfilik qaydalarına əməl edilir.