Təsir

Müştərilərimiz gördüyümüz hər bir işin diqqət mərkəzindədir. Onlar uğur qazananda biz də uğur qazanırıq.

FINCA mikromaliyyə sənayesi üçün standartlar müəyyən edən və müştərilərimizə arzularını həyata keçirməyə kömək edən yeni məhsul və xidmətlər təmin edərək maliyyə innovasiyaları və inklüzivlik baxımından ön sıralardadır. Güclü müştəri əlaqələri və tədqiqat proqramı vasitəsilə onların ehtiyac və istəklərinə nəzarət edirik. Brendimizin səmimi, etibarlı və məsuliyyətli bankçılıq xüsusiyyətləri hər bir müştəri ilə qarşılıqlı əlaqədə özünü göstərir.

Nəticələrimiz

Hər il FINCA Impact Finance dünya üzrə 3,4 milyon insanın həyatına təsir göstərir. Azərbaycanda FINCA fəaliyyətə başladığı gündən demək olar ki, 730 mindən artıq müştəriyə xidmət göstərmişdir.

Aztəminatlı əhaliyə xidmət göstərmək

Azərbaycan qadınlara və kənd sakinlərinə maliyyə institutları tərəfindən lazımi səviyyədə xidmət göstərilmədiyini nəzərə alaraq onlara xüsusi xidmətlər göstərir. FINCA Azerbaijan mikrokredit xidmətləri təklif etməklə, ilk növbədə qadınlar və gənc müştəri seqmentləri də daxil olmaqla, aztəminatlı şəxslərə və öz dolanışıqları və sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi axtaran ümumi müştərilərinin 70%-ni təşkil edən kənd sakinlərinə fərdi və biznes kreditləri təklif etməklə bu boşluğu aradan qaldırır.

Müştərilərin marifləndirilməsi

FINCA kredit məhsulları ilə yanaşı maliyyə savadlılığı təlimləri təklif etməklə, müştərilərin daha uğurlu olmasına şərait yaradır. Biz əsas büdcə, maliyyə planlaşdırması, kənd təsərrüfatının inkişafı və sahibkarlıq da daxil olmaqla geniş mövzular üzrə pulsuz maliyyə və texniki təlimlər təklif edirik. Bu maliyyə savadlılığı təlimləri xüsusilə  bu cür resurslara bərabər çıxışı olmayan qadınları və digər qrupları əhatə edir.

Müştəri xidmətləri

Müştərilərimiz üçün daha yaxşı gələcək qurmaq öhdəliyimizə sadiq qalaraq vaxtımızı və istedadımızı insanlarımızın xeyrinə sərf etməkdən qürur duyuruq. Biz müştərilərimizə və onların həyat tərzinə dəstək verən fəaliyyətlərə daha çox önəm veririk.

Əsas diqqət etdiyimiz sahə təhsildir və bu yaxınlarda həyata keçirilən layihə kənd sakinləri üçün maliyyə savadlılığı təlimini əhatə edir. Ən son layihələrimiz haqqında (buradan) daha çox məlumat əldə edə bilərsiz.