Büdcəni necə planlaşdırmaq olar

Büdcə, müəyyən bir dövrdə (hər gün, hər həftə, hər ay, hər il) pulunuzu necə xərcləyəcəyinizə dair qərar qəbul etmək üçün hazırladığınız bir plandır və bu plan sizə nə qədər pul qazandığınızı və onu necə xərclədiyinizi göstərir.

Büdcənin planlaşdırılması aşağıdakı kimi sadə prosesdir:
  • Ödəniş qəbzlərinizi və maaş vərəqənizi toplamaqla büdcə tərtib etməyə başlayın: Mütəmadi xərclərinizi ödədikdən sonra, pulu necə xərclədiyiniz barədə düşünün. Məsələn, hər gün bir fincan qəhvə alırsınız? Təhsil, əyləncə üçün pul ödəyirsiniz? Bir aydan sonra bu qəhvə, təhsil və əyləncə üçün xərclədiyiniz pul qeyd edə biləcəyiniz əhəmiyyətli məbləğdə bir xərcə çevrilə bilər.

  • Ödəniş qəbzləriniz və maaş vərəqəniz olduqda: xərclərinizi (xərclədiyiniz pulu) qeyd edin.

  • Nə qədər pul qazandığınızı qeyd edin: başqa sözlə desək, gəliriniz nə qədərdir

  • Qazandığınız puldan xərclərinizi çıxın

  • Alınan rəqəm sıfırdan az olarsa: bu o deməkdir ki, qazandığınızdan daha çox pul xərcləyirsiniz. Büdcənizdə dəyişə biləcəyiniz xərcləri tapın.  Bəlkə ehtiyacınız olmayan nəsə var və ya daha az xərcləməyin bir yolu var.