Karyera

FINCA Azerbaijan-da karyera imkanlarını kəşf edin

Bir işdən daha çoxu

FINCA-nın iddialı bir missiyası var – yoxsulluğa son qoymaq. Bu missiyanı həyata keçirmək üçün biz 7000 istedadlı şəxslərdən ibarət qlobal işçi qüvvəsinə etibar edirik, çünki onlar  daha yaxşı gələcək arzusunda olan insanlara dəstək olmağa çalışırlar.

Biz birlikdə müştərilərə biznes qurmağa və ya böyütməyə, gələcək üçün qənaət etməyə, uşaqlarını məktəbdə daha yaxşı təhsil almağa kömək edən məhsullara, xidmətlərə və təlimə çıxış təmin edirik. Biz onlara iqlim dəyişikliyinə və digər zərbələrə qarşı dayanıqlılıq yaratmaqda kömək edirik. Fəaliyyətlərimizin nəticələrini müştərilərimizin həyatında görürük.

Qlobal Baxış

Qlobal bir təşkilat olaraq işçilər sənayenin ən yaxşı təcrübəsindən faydalanır və tez-tez dünya üzrə həmkarları ilə əməkdaşlıq etmək imkanı əldə edirlər. Amma bizim işimizin ən mühüm hissəsi yerli biznesdə həyata keçirilir. İşçilərin əksəriyyəti xidmət etdikləri icmalarda yaşayır və işləyirlər. Biz yerli mədəniyyətləri və perspektivləri qəbul edirik. Müxtəlifliyə və inklüzivliyə sadiqliyimiz güclü mənsubiyyət hissi yaradır.

Dəyərlərimiz

Əməkdaşlarımız empatiya, xidmət, aktiv dinləmə, məsuliyyət və hörmət nümayiş etdirir və brendimizin isti münasibət, etibarlılıq və məsuliyyətli bankçılıq özəlliklərini dəstəkləyir. Biz təsirimizi artırmaq və müştərilərimizə daha yaxşı xidmət təmin etmək məqsədilə texnologiya və innovasiyalardan istifadə edirik.

Komandamıza qoşulun

Biz karyeralarının bütün mərhələlərində müxtəlif iş təcrübələrinə malik namizədləri məmnuniyyət qarşılayırıq. Güclü, uzunmüddətli əlaqələr qura biləcəyimiz, müştərilərinə qayğı göstərən və hörmət edən insanları öz komandamızda görmək istəyirik. İşinə zövqlə yanaşan, yenilikçi, enerjili və işini ön plana qoyan həmkarlar axtarırıq.

Yeni iş elanları

Aşağıdakı iş elanlarına baxın və müraciət edin.