Pulumu təhlükəsiz şəkildə necə yığa bilərəm?

Pul yığmaq əşyaları gələcəkdə istifadə üçün saxlamaq kimidir. Pul yığmağın iki əsas yolu var: siz pulu evdə saxlaya və ya bank hesabına qoya bilərsiniz.

Pulu evdə saxlamaq rahat görünə bilər, lakin müəyyən riskləri var. İnflyasiya səbəbindən pulun dəyəri aşağı düşə bilər və onların zədələnməsi və ya itirilməsi ehtimalı var. Bundan əlavə, əgər evdə pulunuz varsa, onu zəruri olmayan əşyalara xərcləmək istəyə bilərsiniz.

Pul yığmağın ən etibarlı yolu pulunuzu bankda saxlamaqdır. Bankda pul saxlamağın bəzi üstünlüklərini aşağıda təqdim edirik:
  • Faiz əldə edəcəksiniz: pulu evdə saxlamaqdan fərqli olaraq, bank depozitləri sizə əlavə faiz ödənişləri əldə etmək imkanı verir

  • Əmanətləriniz daha etibarlı şəkildə qorunur: bank hesabına yatırılan pulunuz həm əskinasların və sikkələrin fiziki zədələnməsindən, həmçinin qanunsuz mənimsənilmədən daha çox qorunur.

  • Əmanətlərinizi lazımsız yerə xərcləməyəcəksiniz: bank hesabında pul saxlamaq və toplamaq zəruri olmayan xərclərdən qaçmağınıza kömək edəcək.