İnvestorlar və Tərəfdaşlar
FINCA Azerbaijan investorları və tərəfdaşları yoxsulluqdan azad dünya yaratmağa kömək edəcək dəyərli resurslar təqdim etməklə missiyamızı dəstəkləyirlər.
FINCA Azerbaijan, FINCA Microfinance Coöperatief U.A. adlı Hollandiyaya məxsus holdinq şirkətinin filialıdır. Holdinq, dünya üzrə mikrofinans müəssisələri və bankları idarə edən FINCA Microfinance Holding Company LLC (FMH) tərəfindən idarə olunur. KfW holdinqin az pay hissəsinə malik olsa da, FMH-nin əksəriyyət payçısı, dünya üzrə yoxsulluğun aradan qaldırılması üçün çalışan Vaşinqtonda (ABŞ)-da yerləşən, qeyri-kommersiya təşkilatı olan FINCA International, Inc. -dir. Milyonlarla sahibkar, FMH-nin müştəri müdafiəsinə və bənzərsiz müştəri təcrübəsindən istifadə edərək, özləri, ailələri və icmaları üçün daha yaxşı bir gələcək qurmağa çalışır.
