Büdcə planlaşdırılması ilə bağlı ipucları

Zəruri və zəruri olmayan xərcləri ayırın.

Zəruri xərclər: imtina edilməsi demək olar ki, mümkünsüz olan bu xərclər rifahınızı və sağlamlığınızı qorumaq üçün zəruridir ), məsələn, mənzil kirayəsi, kredit ödənişləri, yemək və yol xərcləri, sığorta haqları (əgər sığortanız varsa) və s.

Zəruri olmayan xərclər: rifahınız üçün həyati əhəmiyyət kəsb etməyən bütün digər xərcləri əhatə edir. Zəruri olmayan xərclərə aşağıdakıları misal göstərmək olar: kinoteatr biletləri, ictimai nəqliyyat əvəzinə taksi ilə yol xərcləri, günortadan sonra evdən qəlyanaltı götürmək əvəzinə kafe və ya restorana getməklə bağlı yaranan xərclər və s.

Xərclərin zəruri və zəruri-olmayan növlərə bölünməsi:
  • 1
    sizə xərcləmələrinizi prioritetləşdirməyə kömək edir və nəticədə zəruri olmayan əşyalar almaqdan çəkinə biləcəksiniz
  • 2
    Sizi xərcləmə zamanı tələsik qərarlar qəbul etməkdən və pul israfından qoruyur
  • 3
    Ağıllı qərarlar qəbul etməyinizə və pulu ağıllı şəkildə xərcləməyinizə kömək edir
  • 4
    Daha çox pul yığmağınıza, hədəflərinizə nail olmağınıza və müxtəlif gözlənilməz həyat şərtlərinə hazır olmağınıza kömək edir

Nəticədə büdcəniz sizə gələcək üçün pul yığmağa kömək edə bilər.  Daha az pul xərcləməyin yollarını tapa bilərsiniz. Sonra hər ay yığımlarınıza pul qoya bilərsiniz.