Kredit almazdan əvvəl atılmalı 3 addım

Kredit nədir? - Kredit borcalanın borc götürdüyü məbləği əvvəlcədən razılaşdırılmış müddət ərzində və əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq mərhələlərlə və ya hamısını birdən ödəmək şərti ilə adətən hesablanmış faizlərlə birlikdə aldığı məbləğdir.

Borc almaq məqsədlərinizi maliyyələşdirməyə imkan verir: bir biznesə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək, təhsil almaq, ev almaq və ya təmir etmək və s. lakin eyni zamanda, bu, olduqca məsuliyyətli bir qərardır.

Borc almazdan əvvəl (kredit götürməzdən əvvəl) atmalı olduğunuz 3 addımı aşağıda təqdim edirik:
  • 1

    Niyə kreditə ehtiyacınız olduğuna qərar verin: Biznesiniz üçün? ev təmiri üçün? Təhsil?

  • 2

    Xərclərinizdən xəbərdar olun: Nə qədər faiz ödəməli olacaqsınız?

  • 3

    Alternativləri nəzərdən keçirin. Finca SİZİN qayğınıza qalır. Məqsədlərinizə ən uyğun krediti tapın – əminik ki, bu, bizdə olacaq!