Xəbərlər
FINCA Azerbaijan və cəmiyyətinizdəki işimiz haqqında ən son məlumatları öyrənin.
Media sorğuları: [email protected]
News 25-09-2025
6 milyon AZN həcmində istiqraz, illik 15% gəlir, 24 ay müddət və rüblük faiz ödənişi ilə sərfəli investisiya fürsəti.
News 07-07-2025
Ölkənin aparıcı Bank Olmayan Kredit Təşkilatlarından biri olan FINCA Azerbaijan, kənd təsərrüfatı və regionlarda kiçik sahibkarlığın inkişafına töhfə vermək məqsədilə mütəmadi olaraq keçirilən Aqrar Biznes Festivallarında fəal iştirakını davam etdirir. Bu tədbirlər, regionlarda maliyyə əlçatanlığının artırılması və yerli əhali ilə birbaşa ünsiyyət qurulması baxımından vacib platforma rolunu oynayır. Maliyyə və Maarifləndirici Dəstək Bir Arada FINCA Azerbaijan-ın əsas missiyası az təminatlı əhali və kiçik sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq, onların rifahına töhfə vermək və dayanıqlı biznes fəaliyyətlərini təşviq etməkdir. Bu missiyanın davamı olaraq, təşkilatın festival iştirakları yalnız kredit məhsullarının təqdimatı ilə məhdudlaşmır. Eyni zamanda, maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. ...
News 19-06-2025
5 may 2025-ci ildə FINCA Azerbaijan, Marketinq Departamentinin rəhbəri Ləman Səfərli II Beynəlxalq Aqrar İnnovasiya Forumunda iştirak edib. Forum, 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində təşkil edilib. Çıxışında Ləman Səfərli, Kənd Təsərrüfatı Sığorta Fondu ilə əməkdaşlıq çərçivəsində təqdim olunan Kənd Təsərrüfatı Sığortalı Kredit məhsulu, eləcə də Kənd Təsərrüfatının Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə təqdim edilən digər kredit məhsulları haqqında ətraflı məlumat verib. O, eyni zamanda FINCA Azerbaijan-ın kənd yerlərində maliyyə savadlılığının artırılması istiqamətində həyata keçirdiyi maarifləndirici təşəbbüsləri də vurğulayıb. Forum kənd təsərrüfatında innovasiya və dayanıqlı inkişafın təşviqi baxımından mühüm platforma rolunu oynayıb. Eyni zamanda, maliyyə inklüzivliyinin genişlənməsinə və ...
News 22-05-2025
Azərbaycanda mikromaliyyə sahəsində fəaliyyət göstərən aparıcı qurumlardan biri olan FINCA Azerbaijan, 3 000 000 AZN həcmində, illik 15% gəlirliliklə istiqraz emissiyasını uğurla həyata keçirdiyini elan edir. Bu istiqrazlar 18 aylıq tədavül müddətinə malik olub, rüblük faiz ödənişləri ilə sabit gəlir imkanı yaradır. Yeni buraxılan istiqrazlar qısa müddətdə etibarlı və yüksək gəlirli investisiya alternativi axtaranlar üçün nəzərdə tutulub. İstiqrazların 100 AZN nominal dəyəri, onları həm iri, həm də fərdi investorlar üçün əlçatan edir. İstiqrazların əsas şərtləri: Nominal dəyər: 100 AZN İllik faiz dərəcəsi: 15% Tədavül müddəti: 18 ay Buraxılış həcmi: 3 000 000 AZN Faiz ödənişləri: Rüblük “FINCA Azerbaijan” haqqında Əsası ...
News 29-04-2025
Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 18 aprel 2025-ci il tarixində keçirilən 17-ci İllik Təltif Şam Ziyafətində FINCA Azerbaijan “Müştərilərinə Rəqəmsal Maliyyə xidmətlərinin göstərilməsində qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə mükafata layiq görüldü! Bu nüfuzlu mükafat, müştərilərimizə daha əlçatan, çevik və innovativ maliyyə həlləri təqdim etmək üçün həyata keçirdiyimiz rəqəmsal transformasiyanın və komanda işimizin parlaq nəticəsidir. Bizə inanan müştərilərimizə, bu yolda əzmlə çalışan komandamıza və hər zaman dəstək olan tərəfdaşlarımıza təşəkkür edirik!
News 08-04-2025
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar Biznes Festivalının növbəti mərhələsi bu dəfə 5 aprel 2025-ci il tarixində Ağdaş rayonunda keçirilib. Festivalda Yuxarı Şirvan iqtisadi rayonuna daxil olan Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarından yüzlərlə fermer və sahibkar iştirak edib.
News 01-04-2025
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ilin növbəti Aqrar Biznes Festivalı 14 mart tarixində Tovuz rayonunda keçirilib. Qazax-Tovuz iqtisadi rayonunu əhatə edən festivalda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarından fermerlər iştirak ediblər.
News 18-03-2025
“FINCA Azerbaijan”, Novruz bayramı münasibətilə "Novruz Payımız" güzəşt kampaniyasını təqdim edir. Yeni və mövcud müştərilər üçün keçərli olan bu kampaniya çərçivəsində kredit məhsullarına 5%-dək güzəşt tətbiq edilir.
News 24-02-2025
İmişlidə baş tutan ilk Aqrar Biznes Festivalına rəsmi tərəfdaş olaraq qatıldıq. Məqsədimiz kənd təsərrüfarı sektoruna dəstək olmaq, fermerləri məhsullarımız və güzəştli kredit xidmətlərimiz barədə məlumatlandırmaq və maliyyə xidmətlərini onlara daha əlçatan etməkdir.
News 20-02-2025
14 fevral 2025-ci il tarixində keçirilmiş Azərbaycan Maliyyə Forumunun “Mikromaliyyədə Risklərin İdarə Edilməsi” panelində FINCA Azerbaijan-ın Baş Kommersiya Rəhbəri Şəhriyar Osmanov çıxış edib. O, mikromaliyyə sektorunda risklərin idarə olunması, maliyyə inklüzivliyinin artırılması və dayanıqlı inkişaf üçün beynəlxalq təcrübələrin tətbiqi barədə fikirlərini bölüşüb.
News 23-09-2024
2024 ci il 7-8 iyun tarixlərində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMTİP-nin həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması (Faza II) layihəsi çərçivəsində Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (QSGP) üzrə əldə edilmiş təcrübələrin təqdim edildiyi görüş keçirilib.
News 13-05-2024
Bakı, 1 May 2024-cü il – Maliyyə xidmətlərinə məhdud çıxış imkanı olan əhali qrupuna maliyyə xidmətləri göstərən aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı qürurla elan edir ki, “Agents for Impact” təşkilatına məxsus Dayanıqlılığın Ölçülməsi Reytinqi (Sustainability Alignment Rating (AFISAR)) üzrə “B+ GOOD Sustainable’ (Dayanıqlılıq baxımından YAXŞI vəziyyətdədir) kateqoriyası ilə qiymətləndirilib. Bu nailiyyət bir daha onu göstərir ki, “FINCA Azerbaijan” təşkilatı əsas da ətraf mühit, sosial və idarəetmə (ƏSİ) prinsipləri olmaqla, öz fəaliyyətlərini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırmaq öhdəliyinə xüsusi önəm verir. “AFISAR” sertifikatı “FINCA Azerbaijan” təşkilatının dayanıqlı inkişaf istiqamətində proaktiv yanaşmaya malik olduğunu təsdiq edir, ...























