Missiya

FINCA insanların yaşadıqları və çalışdıqları icmalarda daha yaxşı həyat qurmasına dəstək olur. Biz onların ehtiyaclarını anlayır, davamlı və faydalı həllər təqdim etməklə rifahlarının artmasına töhfə veririk.

Gələcəyə qlobal baxışımız

İnanırıq ki, hər bir insan öz biliyi, bacarığı və zəhməti sayəsində daha yaxşı gələcək qura bilməlidir. Biz belə bir dünyanın formalaşmasına töhfə verməyə çalışırıq.

Dəyərlərimiz

FINCA-nı fərqləndirən üç əsas dəyərimiz var: Etibar, Empatiya və Cəsarət. Bu dəyərlər gündəlik fəaliyyətimizdə, əməkdaşlarımızla və müştərilərimizlə münasibətlərimizdə bizə yol göstərir.

Etimad: Biz dürüst, məsuliyyətli və sözünün üstündə duran tərəfdaş olmağa çalışırıq. Etimadı verdiyimiz sözləri tutmaq və gördüyümüz işlərlə qazanırıq.

Empatiya: İnsanları dinləyir, onların ehtiyaclarını anlamağa çalışırıq. Hər kəsə hörmətlə yanaşır, qərarlarımızı insan amilini nəzərə alaraq veririk.

Cəsarət: Yeni ideyalara açıq olur, dəyişikliklərdən çəkinmir və problemlərə həll yönümlü yanaşırıq. İnkişaf etmək və daha yaxşı nəticələr əldə etmək üçün təşəbbüs göstəririk.