Xəbərlər
FINCA Azerbaijan və cəmiyyətinizdəki işimiz haqqında ən son məlumatları öyrənin.
Media sorğuları: info@fincaazerbaijan.com
News 18-03-2025
“FINCA Azerbaijan”, Novruz bayramı münasibətilə "Novruz Payımız" güzəşt kampaniyasını təqdim edir. Yeni və mövcud müştərilər üçün keçərli olan bu kampaniya çərçivəsində kredit məhsullarına 5%-dək güzəşt tətbiq edilir.
News 24-02-2025
İmişlidə baş tutan ilk Aqrar Biznes Festivalına rəsmi tərəfdaş olaraq qatıldıq. Məqsədimiz kənd təsərrüfarı sektoruna dəstək olmaq, fermerləri məhsullarımız və güzəştli kredit xidmətlərimiz barədə məlumatlandırmaq və maliyyə xidmətlərini onlara daha əlçatan etməkdir.
News 20-02-2025
14 fevral 2025-ci il tarixində keçirilmiş Azərbaycan Maliyyə Forumunun “Mikromaliyyədə Risklərin İdarə Edilməsi” panelində FINCA Azerbaijan-ın Baş Kommersiya Rəhbəri Şəhriyar Osmanov çıxış edib. O, mikromaliyyə sektorunda risklərin idarə olunması, maliyyə inklüzivliyinin artırılması və dayanıqlı inkişaf üçün beynəlxalq təcrübələrin tətbiqi barədə fikirlərini bölüşüb.
News 23-09-2024
2024 ci il 7-8 iyun tarixlərində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəklədiyi və BMTİP-nin həyata keçirdiyi Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması (Faza II) layihəsi çərçivəsində Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (QSGP) üzrə əldə edilmiş təcrübələrin təqdim edildiyi görüş keçirilib.
News 13-05-2024
Bakı, 1 May 2024-cü il – Maliyyə xidmətlərinə məhdud çıxış imkanı olan əhali qrupuna maliyyə xidmətləri göstərən aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı qürurla elan edir ki, “Agents for Impact” təşkilatına məxsus Dayanıqlılığın Ölçülməsi Reytinqi (Sustainability Alignment Rating (AFISAR)) üzrə “B+ GOOD Sustainable’ (Dayanıqlılıq baxımından YAXŞI vəziyyətdədir) kateqoriyası ilə qiymətləndirilib. Bu nailiyyət bir daha onu göstərir ki, “FINCA Azerbaijan” təşkilatı əsas da ətraf mühit, sosial və idarəetmə (ƏSİ) prinsipləri olmaqla, öz fəaliyyətlərini Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırmaq öhdəliyinə xüsusi önəm verir. “AFISAR” sertifikatı “FINCA Azerbaijan” təşkilatının dayanıqlı inkişaf istiqamətində proaktiv yanaşmaya malik olduğunu təsdiq edir, ...
News 19-03-2024
Maliyyə xidmətlərinə məhdud çıxış imkanı olan əhali qrupuna maliyyə xidmətləri göstərən aparıcı mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Müştəri Mühafizəsi Sertifikatının Qızıl səviyyəsinə layiq görüldüyünü qürur hissi ilə bəyan edir.
News 22-02-2024
“FINCA AZERBAIJAN” 2023-CÜ İLİN NƏTİCƏLƏRİNƏ ƏSASƏN ARTIM NÜMAYİŞ ETDİRİB
News 28-12-2023
Bakı, 28 dekabr 2023-cü il - "FINCA Azerbaijan" Qeyri-bank kredit təşkilatı (QBKT) 2021-ci ilin dekabrında buraxılmış ilk açıq istiqrazların uğurla tam ödənildiyini elan edib. Ödəmə müddəti başa çatan 3 milyon AZN dəyərində istiqrazların tamamilə və vaxtında ödənilməsi bu maliyyə təşkilatının inkişafında yeni mühüm mərhələni əks etdirir
News 07-08-2023
31 iyul tarixində,”FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı Gəncədə yaşayan müştəriləri üçün maliyyə savadlılığı üzrə təlim təşkil etmişdir. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının istehlakçılarla iş üzrə komandası ilə birgə həyata keçirilib.
News 26-07-2023
“Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmək və bu prinsiplərə riayət etmək özəl şirkətlərin fəaliyyət göstərdikləri ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə verdiyi töhfədir” – bu fikirlər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmiş “FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı və Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər üçün 12 İyul tarixində təşkil etdiyi təlimdə səsləndirilib.
News 04-07-2023
Zəhmət olmasa, “FINCA” təşkilatının Azərbaycandakı tarixi haqqında bizə məlumat verin.
News 24-06-2023
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı son 25 il ərzində yerli fermerlərə, kiçik bizneslərə və ailə kəndli təsərrüfatlarına ümumi məbləği 2,2 milyard manatdan çox olan 1,1 milyondan çox kredit verilmişdir. Ölkədə ən böyük mikromaliyyə təminatçısı “FINCA Azerbaijan” bu gün JW Marriot Absheron Baku otelində mətbuat konfransı keçirərək Azərbaycandakı fəaliyyətinin 25 illik dövrünü geyd edib.
