07-08-2023

“FINCA Azerbaijan” Qbkt Müştəri̇ləri̇nin Mali̇yyə Savadliliği Haqqinda Bi̇li̇kləri̇ni̇ Təkmi̇lləşdi̇rdi̇

31 iyul tarixində,”FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı Gəncədə yaşayan müştəriləri üçün maliyyə savadlılığı üzrə təlim təşkil etmişdir. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının istehlakçılarla iş üzrə komandası ilə birgə həyata keçirilib.

Öz salamlama nitqlərində “FINCA Azerbaijan”ın Marketinq meneceri Oqtay Məmmədov və “FINCA Azerbaijan”ın Ərazi meneceri Amin Quliyev tədbir iştirakçılarına düşünülmüş qərarların qəbul edilməsində, daha yaxşı biznes nəticələrə nail olmaq üçün biznesin idarə edilməsində və şəxsi büdcəyə nəzarət üçün maliyyə savadlılığının vacibliyini vurğuladılar.

Azərbaycan Respublikası Mərkəzi Bankının İstehlakçılarla iş departamenti Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova “FINCA Azerbaijan” müştərilərinə maliyyə savadlılığının əsasları, həddindən artıq borcla bağlı risklər, zaminlərin rol və öhdəlikləri, müxtəlif kredit təkliflərinin müqayisəsi, şəxsi büdcənin yaradılması və hesablanması haqqında təlim keçdi və  ARMB-nin mövcud özünü təhsil onlayn resurslarını (bizimpullar.az, infobank.az, edu.e-cbar.az) təqdim etdi.

Müzakirələrdə fəal iştirak edən tədbir iştirakçıları belə faydalı müştəri maarifləndirici tədbirin keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər və toxunulan mövzuların onların maliyyə savadlılığı haqqında məlumatlılığının artırılmasına, qeyd edilən metod və vasitələrdən gündəlik həyatlarında istifadə etmələrinə kömək edəcəyini bildirdilər.

“FINCA Azerbaijan” haqqında

Bu il 25 illik fəaliyyətini qeyd edən, “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün *2525 çağrı mərkəzinə, https://finca.az/ saytına və ya rəsmi sosial media hesablarına müraciət edərək əldə etmək mümkündür.