Ruqiyyə Əliyeva
Baş Maliyyə İnzibatçısı
Rüqiyyə Əliyeva bankçılıq, mikrofinans, telekommunikasiya və audit sahələrində 25 ildən artıq təcrübəyə malik maliyyə rəhbəridir. 2023-cü ilin dekabr ayından etibarən FINCA Azerbaijan təşkilatında Baş Maliyyə Direktoru (CFO) və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Bundan əvvəl AccessBank və Azərbaycan Beynəlxalq Bankı kimi maliyyə institutlarında rəhbər maliyyə vəzifələrində çalışmışdır.
O, maliyyə strategiyası, likvidlik idarəetməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, büdcələmə və hesabatlılıq sahələrinə rəhbərlik edir və bank sektorunda həm mikrofinans, həm də korporativ bankçılıq istiqamətlərində geniş təcrübəyə malikdir.
Rüqiyyə Əliyeva IE Business School-da Executive MBA dərəcəsi almış, ACCA proqramı üzrə 13 imtahan vermiş və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

