Fisnik Kepuska

Müşahidə Şurasının Üzvü

Fisnik Kepuska 2016-cı ildə FINCA şəbəkəsinə FINCA Kosovo-nun Maliyyə Direktoru (CFO) kimi qoşulmuş və 2020-ci ildə Baş Əməliyyat Direktoru (COO) vəzifəsinə keçmişdir. Hazırda o, FINCA Impact Finance-də Qlobal Törəmə Şirkətlər üzrə Əməliyyatlar Direktoru kimi fəaliyyət göstərir və törəmə şirkətlərin rəhbərliyi ilə strateji uyğunluğun təmin olunmasında, uzunmüddətli maliyyə dayanıqlığı və əməliyyat sabitliyinin qorunmasında əsas liderlik rolunu icra edir.

Korporativ idarəetmə sahəsində o, FINCA Bank Kyrgyzstan-ın Müşahidə Şurasının üzvü və FINCA Azerbaijan-da Direktorlar Şurasının üzvü kimi fəaliyyət göstərir.

Fisnik maliyyə və bank sektorunda Kosovo və region üzrə 25 illik təcrübəyə malikdir. O, Raiffeisen Bank Kosovo və Nova Ljubljanska Banka kimi beynəlxalq maliyyə institutlarında risklərin idarə olunması və daxili audit sahələrində yüksək vəzifələrdə çalışmış, həmçinin Banka Ekonomike-də Baş İcraçı Direktorun müavini olmuşdur.

Onun geniş təcrübəsinə həmçinin University of Prishtina-da Marketinq üzrə müəllim köməkçisi kimi akademik fəaliyyət, Kosovo Banklar Assosiasiyasında Direktorlar Şurasının sədr müavini vəzifəsi, sığorta şirkətinin Audit Komitəsinin üzvlüyü və dövlət sektorunda bələdiyyə tullantıların idarə olunması müəssisəsinin İdarə Heyətinə sədrliyi daxildir.

Karyerasına USAID Kosovo Business Support (KBS) layihəsində İdarəetmə Məsləhətçisi kimi başlamış və 10 il ərzində gənc sahibkarlar üçün CEED təşkilatına könüllü (pro bono) məsləhət xidməti göstərmişdir.

O, London School of Economics (LSE) universitetindən Magistr (MSc) dərəcəsinə və University of Prishtina İqtisadiyyat fakültəsindən bakalavr dərəcəsinə malikdir.

Fisnik alban, ingilis, serb və xorvat dillərində sərbəst danışır.