25-04-2024

Fortinet və lisenziya satın alınması üzrə tender

Hörmətli xanım / bəy,

“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı məsuliyyətli bankçılıq sahəsində liderdir və gəlirli biznes fəaliyyətini təşviq etmək üçün bütün ölkə üzrə kiçik biznesə kredit məhsulları ilə xidmət göstərir.1998-ci ildə fəaliyyətə başlayan “FINCA Azerbaijan” BOKT beş qitədə 2,8 milyondan çox müştərini əhatə edən FINCA Impact Finance-in 18 bank və mikromaliyyə təşkilatından ibarət qlobal şəbəkəsinin bir hissəsidir. “FINCA Azerbaijan” BOKT-nın fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün https://finca.az/ saytına daxil ola və ya  rəsmi sosial media hesablarını izləyə bilərsiniz.

“FINCA Azerbaijan” BOKT-nın kredit fəaliyyətini Bakı şəhərində yerləşən Baş Ofis və Azərbaycanın şəhər və rayonlarında yerləşən 25 filialı həyata keçirir. Peşəkar işçi heyəti ilə “FINCA Azerbaijan” BOKT ölkənin aparıcı maliyyə qurumlarından biridir.

Təşkilat Baş ofis və digər ofislərdə istifadə olunacaq Fortinet və lisenziya satın alınması üçün tender elan edir. Bu məktuba əlavə edilən tender təklifi sənədində satın alınacaq məhsulların texniki parametrləri, nümunələri və digər məlumatlar, o cümlədən göndəriləcək təklifin tələb olunan şablonu təqdim edilir.

Tenderdə iştirak üçün tələb olunan sənədlər:

Tender təklifi (tender zərfləri açıldıqdan sonra ən azı 30 iş günü müddətində qüvvədə olmalıdır)
Şirkətin hüquqi sənədlərinin surətləri (vergi şəhadətnaməsi, nizamnamə, reyestrdən çıxarış və s.)
Əməkdaşlıq etdiyiniz şirkətlərin adları və tövsiyyə məktubları
Malların və xidmətlərin mövcudluq durumu  və çatdırılma tarixi
Ödəniş şərtləri haqqında məlumat
Mal və xidmətin qiymətləri və şirkətin vergi ödəyici növünü göstərərək bütün vergilər daxil olmaqla ümumi xərc
Zəmanət şərtləri və etibarlılıq müddəti
Qiymət təklifinizi   06 May 2024-cü il, saat 17:30 a kimi “FINCA Azerbaijan” BOKT -nın Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanına qapalı və möhürlü zərfdə, “Məxfi: Tender sənədi”, “Satın alınacaq məhsul və ya xidmətin adı” qeyd edilməklə təqdim etməyiniz xahiş olunur. Göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Sizdən xahiş olunur ki, göndərilmiş zərfin poçt/kuryer izləmə qəbzinin scan edilmiş surətini [email protected] ünvanına yuxarıda qeyd olunmuş tarixə qədər göndərəsiniz (zərf fiziki olaraq sizin tərəfinizdən çatdırılıbsa, təhvil-təslim aktının scan edilmiş surətini mail ilə göndərmək tələb olunur)

Qalib təchizatçı 20 May 2024-cü ilə qədər “FINCA Azerbaijan”BOKT-nın Tender Komitəsi tərəfindən müəyyən edilərək elan ediləcək. Qalib elan edildikdən sonra istənilən satınalma əməliyyatı “FINCA Azerbaijan” BOKT-nın təlimatlarına uyğun olaraq həyata keçiriləcək.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa [email protected]  email ünvanı və  aşağıda qeyd edilən telefonlar vasitəsilə ətraflı məlumat ala bilərsiniz.

Ofis telefonu : +99412 596 33 84 (142)                    Mobil Telefon: +99455 251 70 21

Qeyd: Təkliflər Əlavədə göstərilən formatda təqdim edilməlidir. Əlavə olaraq ümumi qiymət siyahısını təqdim etməyiniz xahiş olunur.

Hörmətlə,

“FINCA AZERBAIJAN” BOKT

Əlavə 1