TİMOTİ TARRANT

“FINCA AZERBAIJAN”ın Ölkə üzrə Direktoru

Timoti Tarrant 2013-cü ilin dekabrında “FINCA Azerbaijan”a Baş İcraçı Menecer vəzifəsinə təyin edilib. FINCA-ya qoşulmazdan öncə o, 12 ilə yaxın FINCA Sibirdə, FINCA Rusiyada və FINCA Gürcüstanda Ölkə Direktoru vəzifələrində çalışıb. O, həmçinin FINCA-nın müxtəlif ölkələrdəki nümayəndəliklərinin idarə heyətində və audit komitələrində çalışmışdır.

FINCA-ya qədər cənab Tarrant Amerika Biznes Mərkəzində Direktor və MCI Maliyyə Korporasiyasında isə Maliyyə Analitiki vəzifələrində iş təcrübəsi qazanmışdır. Timoti Tarrant Rusiya və MDB ölkələri üzrə ümumilikdə 20 illik idarəetmə təcrübəsinə malikdir.

Timoti Tarrant Beynəlxalq Əlaqələr üzrə bakalavr təhsilini Memfis Universitetində, beynəlxalq MBA səviyyəsi üzrə təhsilini isə “Thunderbird School of Global Management” Ali təhsil müəssisəsində almışdır. Bununla yanaşı, Timoti Filadelfiya ştatında yerləşən “American Bankers Association Stonier Graduate School of Banking” məktəbində 3 illik maliyyə, bank işi, menecment və liderlik üzrə təhsil proqramını keçmişdir. O, ingilis və rus dillərində danışır.