Sridhar Srinivasan

Müşahidə Şurasının Üzvü

Sridhar “Citigroup” təşkilatı çərçivəsində Asiya, Afrika və Avropa ölkələrində təxminən 30 il fəaliyyət göstərmiş maliyyə mütəxəssisidir. Bu müddət ərzində o, 3 ölkədə Baş İcraçı Direktor,  Hindistanda Korporativ Bank bölməsinin müdiri, Afrikada Əməliyyat Xidmətləri üzrə rəhbər və Mərkəzi, Şərqi Avropa, Orta Şərq və Afrika üzrə Bank Xidmətləri qrupunun rəhbəri də  daxil olmaqla, əsas ölkə və regional rəhbər vəzifələrini tutaraq müəssisələrin qurulması, böyüdülməsi və inkişaf etdirilməsində iştirak etmişdir. “Citi” təşkilatını tərk etdikdən sonra Sridhar “Oliver Wyman” təşkilatına ortaq və Hindistan bölməsinin rəhbəri olaraq qatılmış və hal-hazırda qlobal idarəçilik sahəsində aparıcı konsaltinq şirkətlərindən birində aparıcı məsləhətçi vəzifəsində çalışır.

Güclü fərdi keyfiyyətləri, şövqü və münasibət qurmaq bacarıqları sayəsində o, müxtəlif mədəniyyətləri və peşə sahələrini özündə ehtiva edən bir çox sayda qalib komanda yaratmışdır.

Hal-hazırda Sridhar startaplardan  tutmuş Hindistanın ən böyük şirkətlərinə qədər müxtəlif  şirkətlər üçün İdarə Heyətində qeyri-icraçı direktor / məsləhətçi kimi fəaliyyət göstərir.

Onun dərin təcrübəsi və nailiyyətləri ona rəhbərlər və idarə heyəti ilə idarəetmə strategiyası, biznes transformasiyası, idarəetmə, səhmdar maraqları, risk və tənzimləmə uyğunluğu kimi sahələrdə işləməkdə kömək edir.

Eyni zamanda o, erkən mərhələdə olan startaplar üçün aktiv “mələk” investor və mentor olaraq da xidmət göstərir.

Sridhar Hindistanın Mumbay şəhərində yaşayır. Delhi Universitetinin məzunudur və eyni zamanda Təsdiqlənmiş Mühasibdir.