Şəhriyar Osmanov

Baş Kommersiya Rəhbəri

Şəhriyar Osmanov 2021-ci ilin Sentyabr ayında “FINCA Azerbaijan” təşkilatında Baş Kommersiya Rəhbəri olaraq işə başlamışdır. Bu təyinatdan əvvəl O, 2013-2018-ci illər ərzində “FINCA Azerbaijan”-da Regional Əməliyyat Meneceri vəzifəsini icra etmiş və yeni yaradılmış Şərq regionunda biznes əməliyyatlarının idarə edilməsi və filial şəbəkəsinin genişlənməsi, həmçinin geriyığım bölməsinin qurulması istiqamətində çalışmışdır. Şəhriyar Osmanov “FINCA Azerbaijan”-a qoşulmadan əvvəl həm ölkə ərazisində, həm də Rusiya Federasiyası və Türkiyə Respublikasında bank sektorunda müxtəlif departamentlərdə menecer vəzifəsində olmuş, həmçinin fərqli dövrlərdə real sektor şirkətlərində investisiya, maliyyə və əməliyyat strukturlarında çalışmışdır.

O karyerası boyunca yeni biznes bölmələrinin və strukturlarının qurulmasında və inkişaf etdirilməsində təcrübə qazanmış, avtomatlaşdırma, risklərin idarə edilməsi, xərc kontrolu, biznes proseslərin optimallaşdırılması, təlim və inkişaf layihələrinin həyata keçirilməsində iştirak etmişdir.

Şəhriyar Osmanov, İqtisadiyyat və İdarəetmə sahəsində Türkiyə Respublikasının Yıldız Teknik Universitetində Magistr dərəcəsinə və Anadolu Universitetində Bakalavr dərəcəsinə yiyələnmişdir.
O, İngilis, Rus, Türk dillərini bilir.