MERAL KÜRDAŞ

Müşahidə Şurasının Üzvü

Meral Kürdaş 01 Fevral 2023-cü ildən FİNCA Azerbaijan Təşkilatının Direktorlar Şürasının üzvüdür. O karyerasındakı ilk addımı 1985-ci ildə İnterbank-da başlamışdır. O, İstanbul, İzmir və Bursada satış, marketinq, kredit təhlili, nağd pulların idarə edilməsi və  filiallar üzrə rəhbərlər kimi bir çox funksiyalarda çalışmışdır. Daha sonra o, Garanti İnvestisiya Bankında satış, marketinq və özəl bankçılıqdan məsul icraçı vitse-prezident vəzifəsində çalışıb. 1996-cı ildə Yapı Kredi Bankına dəyişikliklərin idarə edilməsi və marketinq şöbəsinin müdiri vəzifəsinə keçib və bank işində bir çox inqilabi innovasiya layihələrinə rəhbərlik edib. 2002-ci ildə həyat sığortası və pensiya sektorunun aparıcı şirkəti olan Akemeklilik şirkətinin baş direktoru vəzifəsinə təyin edilmişdir. O, 2007-ci ildə Türkiyədə sənaye sığorta sahəsində dünya liderlərindən biri olan Aviva ilə birləşməsi nəticəsində yaradılan Avivasa şirkətinin baş direktoru olub.

2014-cü ildə Avivasa IPO-dan sonra Sabancı Qrupunun 63.000 əməkdaşın İnsan Resurslarına cavabdeh icraçı komitə üzvü təyin edilmişdir. O, həmçinin Sabancı Qrupunun Aviva İspaniya və 8 ən böyük sənaye şirkətinin İdarə Heyətində yer alıb.

2018-ci ildə təşkilat və dəyişikliklərin idarə edilməsi, insan resursları, planlaşdırma, maliyyə, risk, audit və korporativ idarəetmə sahələrində şirkətlərə məsləhət vermək üçün Busara Consulting menecment konsaltinq firmasını təsis etmişdir.

Hal-hazırda Türkiyənin ən böyük səhiyyə qrupu olan Medical Park Group, ən böyük Qida şirkəti Banvit/BRF və Türkiyənin aparıcı mebel şirkəti Koleksiyon Mobilya-da müstəqil idarə heyəti üzvü və risk komitəsinin rəhbəri kimi fəaliyyət göstərir.

FINCA Qırğızıstanda idarə heyətinin üzvü olub və hazırda FINCA Azerbaijan-ın idarə heyətinin tərkibində yer alır.

O, eyni zamanda İstanbul Erkek Lisesi və Boğaziçi Universitetində və KEDV-də qəyyumluq şurasının üzvüdür.

  • Mançester Biznes Məktəbində MBA və Boğaziçi Universitetində Biznesin İdarə Edilməsi üzrə bakalavr dərəcəsi var.