Jerrold Smelcer

Müşahidə Şurasının Üzvü

20 ildən artıqdır ki, Jerrold Afrika, Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa və Ortaq Şərqdə müəssisənin inkişafı, maliyyə fəaliyyəti, risklərin idarə edilməsi, prosesin optimallaşdırılması və biznes modelinin yenidən qurulması sahələrində fəaliyyət göstərir.

Jerrold sürətli iqtisadi inkişafla məşğul olan maliyyə müəssisələrində strateji inkişafın təşviqi üçün cavabdehlik daşıyıb və iqtisadi tənəzzül, kəskin yerli valyuta devalvasiyaları və sektor daxilində qeyri-işlək kreditlər kimi ölkədaxili əməliyyat problemlərini aradan qaldırmaq üçün struktur dəyişikliklərin həyata keçirilməsi prosesinə rəhbərlik edib.

O, Amerika Birləşmiş Ştatlarının Prezidentinin Xidmət və Mülki İştirak Şurası tərəfindən Azərbaycanda maliyyə sektorunun inkişafına göstərdiyi dəstəyə görə, habelə Beynəlxalq Maliyyə Korporasiyası və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən Tacikistantanın ilk Milli Kredit Bürosunun yaradılmasında verdiyi töhfələrə görə tanınıb.

Jerrold Avstriya, Fransa, İsveç və Amerika Birləşmiş Ştatlarının universitetlərində təhsil alıb, həmçinin Tanderberd Qlobal Menecment Məktəbində MBA dərəcəsi əldə edib.