Aqrar-sığorta kreditləri

Biznesinizi böyüdün və iqlim dəyişikliyinə hazır olun

İqlim dəyişikliyinə qarşı davamlı təşəbbüsümüzlə, maliyyə vəziyyətinizi gücləndirmək üçün buradayıq.

İqlim dəyişikliyi səbəbindən qarşılaşdığınız problemlərdən xəbərdarıq

Öhdəliklərimiz ənənəvi mikromaliyyələşdirmədən daha çoxunu əhatə edir – sizə daha çox imkan təqdim etmək üçün buradayıq.

  • Maliyyə vəziyətiniz üçün fərdi mühafizə
    Biz gözlənilməz iqlim dəyişikliyi ilə bağlı üzləşdiyiniz riskləri başa düşürük. İqlim dəyişikliyinə davamlı mikromaliyyəmiz sadəcə kredit deyil; gəlirinizi quraqlıq, daşqın və digər təbii fəlakətlərin mənfi təsirlərindən qorumaq üçün hazırlanmış hərtərəfli bir həlldir.

  • Məhsul sığortası ilə innovativ kənd təsərrüfatı kreditləri
    Biz məhsul sığortası ilə kənd təsərrüfatı kreditləri təklif etməklə innovativ yanaşma tətbiq edirik. Bu o deməkdir ki, çətin anlarda zəhmətiniz qorunur, siz və ailəniz üçün maddi sabitlik təmin edilir.

  • ASF ilə etibarlı tərəfdaşlıq
    Biz Dövlət təşkilatı olan Aqrar Sığorta Fondu (ASF) ilə əməkdaşlıq edirik və onların vasitəsi ilə fəlakətlərə qarşı təminat təklif edirik.

  • Münasib ödənişlər
    Məqsədimiz sizə münasib kredit təklif etməkdir. Fərdiləşdirilmiş qiymətlərlə ödənişlərinizi rahatlıqla idarə edə və maliyyə vəziyyətinizi nəzarətdə saxlaya bilərsiniz.

  • Sürətli rəsmiləşdirmə və ödəniş
    Sadələşdirilmiş proseslərimiz maliyyə ehtiyaclarınızı ödəməkdə misilsiz operativliyi təmin edərək, sürətli kredit təsdiqinə və vəsaitin operativ şəkildə ödənilməsinə kömək edir.

  • Şəffaf xidmət
    Aqrar-sığorta kreditimiz hər hansı gizli ödənişlər və ya çaşdırıcı məqamlar olmadan aydın və başa düşülən şərtlərlə verilir.

Aqrar-sığorta krediti sadədir və ehtiyacınız olan maliyyə həllərinə çıxış əldə etməyinizə imkan verir

Biz məsuliyyətli kreditvermə prosesinə üstünlük veririk və kredit üçün uyğunluq meyarlarımızın ədalətli və şəffaf olmasını təmin edirik

  • Bu kredit bitkiçilik və tərəvəzçiliklə məşğul olan və EKTİS-də qeydiyyatdan keçmiş fermerlər üçün nəzərdə tutulub.
  • Kredit müddəti: 6 aydan 30 aya qədər.
  • Məbləğ: 1000-15000 AZN.
  • İllik faiz dərəcəsi: 18%-dən başlayaraq.

  • Faktiki illik faiz dərəcəsi: 18%-dən başlayaraq.

İndi müraciət edin və təbii fəlakətlərin fəsadlarından sizi qoruyan biznes krediti alın!

Həm onlayn, həm də fiziki qaydada mövcud olan müraciət prosesi ədalətli və sürətli təsdiq prosesini təmin edərək risk əsaslı qiymətləndirmə ilə xarakterizə olunur. Müraciətiniz qəbul edildikdən sonra, Aqrar Sığorta Fondu (ASF) ilə əməkdaşlıq çərçivəsində kreditlə birlikdə təklif olunan məhsul sığortasından istifadə imkanı əldə edərək vəsaiti tez bir zamanda əldə edəcəksiniz.

  • 1

    Onlayn müraciət edin
    Asan onlayn ərizə formamızı doldurun.

  • 2
    Zəngləri qəbul edin
    Operatorumuz 24 saat ərzində sizə zəng edəcək və detalları sizinlə yenidən yoxlayacaq.
  • 3

    Müraciətə baxılması və qərar qəbul edilməsi
    Kredit imkanlarını müəyyən etmək üçün kredit müraciətinizi diqqətlə nəzərdən keçiririk.

  • 4

    Kredit Vermə
    Müqavilənin təsdiqindən və imzalanmasından sonra biz vəsaitlərə sürətli çıxışı təmin edirik.

Kredit üçün müraciət forması

Bizimlə kredit müraciət etmək sadə və rahat bir prosesdir


Tez-tez verilən suallar

Kredit müraciəti üçün üçün Online kredit müraciəti  linkinə keçid edib qısa anketi doldurmağınız kifayətdir. İstehlak kreditinə müraciət – FINCA Azerbaijan.

Müştərinin kredit tarixçəsindən və müraciət edilən kreditin məbləğindən asılı olaraq zamin tələb oluna bilər.

Sizinlə danışmağa hər zaman hazırıq!

Nömrənizi daxil edin və Müştəri Xidmətləri üzrə əməkdaşlarımız Sizinlə ən qısa zamanda əlaqə saxlayacaq.