28-12-2021

“FINCA Azərbaycan”-nın Istiqrazlarının “açılış Zəngi” Mərasimi Keçirildi.

27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “FINCA AZƏRBAYCAN”-nın kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

3 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirmişdir.

Açılış mərasimində emitent olaraq “”FINCA AZƏRBAYCAN”-nın idarə heyyətinin sədri cənab Timothy Tarrant, birja üzvü və anderraytinq tərəfindən “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “FINCA AZƏRBAYCAN”-nın birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.