22-02-2015

FINCA Azerbaijan”-dan Xanımlara Özəl “8 Mart” Endirim Kampaniyası!

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün 18 fevral – 17 mart tarixlərini əhatə edən xüsusi endirim kampaniyasının icrasına başlayıb. Bu dövr ərzində “FINCA Azerbaijan”dan kredit götürən bütün xanım müştərilər 8%-dək endirimlərdən faydalana biləcəklər.

Kampaniyanın şərtlərinə əsasən təşkilatdan ilk dəfə kredit götürən xanımlar 2-4%, iki və daha çox kredit götürən xanım müştərilər isə dövrlərindən asılı olaraq 4-8%-dək faiz endirimlərindən yararlanacaqlar.

Hal-hazırda 155,000 nəfərə yaxın aktiv müştəriyə maliyyə xidmətləri göstərən FINCA Azerbaijan-ın ümumi müştərilərinin 30%-ə yaxın hissəsini məhz kiçik və orta sahibkarlıqla məşğul olan xanımlar tutur.

“8 Mart” endirim kampaniyası haqqında ətraflı məlumatı “FINCA Azerbaijan”ın *2525 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla,www.finca.az internet ünvanına və https://www.facebook.com/FINCAAzerbaijan təşkilatın rəsmi facebook səhifəsinə daxil olmaqla əldə edə bilərsiniz.