24-02-2020

“FINCA Azerbaijan” Balakən və Tovuz filiallarının rəsmi açılışını etdi

“FINCA Azerbaijan”  Balakən və Tovuz filiallarının rəsmi açılışını edərək xidmət şəbəkəsinin sayını 16-ya çatdırıb.

Balakən şəhərində keçirilən rəsmi açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib.

Açılış mərasimində çıxış edən Timoti Tarrant bildirib ki, “FINCA Azerbaijan” regionlarda kiçik sahibkarların maliyyəyə çıxış imkanlarını daha da əlçatan etmək məqsədi ilə bölgələrdə fəaliyyətini genişləndirir. Onun sözlərinə görə, yeni filial Balakən ilə yanaşı, Zaqatala, Qax və Şəkidən olan müştərilərə də müxtəlif kredit məhsulları ilə maliyyə xidmətləri göstərməyə imkan verəcək.

“Biz hesab edirik ki, dayanıqlı inkişaf üçün regionlarda yaşayan insanların maliyyəyə çıxış imkanlarının olması çox vacibdir. Bunun üçün FINCA işini irəli aparmaq istəyən kiçik sahibkarlara müxtəlif kredit məhsulları təqdim edir. Məqsədimiz Azərbaycanın bölgələrində insanların maliyyə dayanıqlılığını təmin etməkdir”,-deyə təşkilatın direktoru Timoti Tarrant deyib.

FINCA-nın yeni ofisi Balakən şəhəri, M.Əsədov küçəsi  3 A ünvanında fəaliyyət göstərir.

Həmçinin, FINCA Tovuz filialının da rəsmi açılışını həyata keçirib. Yeni filial Tovuz şəhəri Heydər Əliyev prosketi 30 ünvanında, avtovağzalın qarşısında yerləşir. Tovuz, Ağstafa və Qazaxdan olan kiçik sahibkarlar ehtiyac duyduqları maliyyəni əldə etmək üçün bu filiala müraciət edə bilərlər.

Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfati üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa müştərilər www.finca.az saytı vasitəsi ilə kredit üçün onlayn qaydada müraciət edə bilərlər.