04-03-2021

Zar Wardak “FINCA Azerbaijan”-nın müşahidə şurasına yeni üzv təyin edildi.

Zar Wardak hazırda FINCA Impact Finance-in Şərq bölgəsi üzrə vitse-prezidenti və şöbə müdiridir və O, şəbəkənin Şərqi Avropa, Orta Şərq və Cənubi Asiya bölgələrindən 7 ölkədəki fəaliyyətinə rəhbərlik edir. Bölmə rəhbəri vəzifəsinə başlamazdan əvvəl Zar, Orta Şərq və Cənubi Asiya Bölgəsi üzrə Regional Direktor vəzifəsində çalışmış və digər uğurlarından başqa, hazırda FINCA Pakistanın 100.000-dən çox bank müştərisi tərəfindən istifadə olunan “SimSim” mobil cüzdan tətbiqinin istifadəyə verilməsinə kömək etmişdir.

Zar Wardak, eyni zamanda FINCA Əfqanıstanın baş direktoru vəzifəsində çalışmışdır. FINCA-ya qoşulmazdan əvvəl Zar, Əfqanıstanda maliyyə xidmətləri sənayesi məsləhətçisi olaraq çalışmış və eyni zamanda ABŞ-da Citibank-da Texas Regional Satış İnteqrasiya Direktoru vəzifəsini tutmuşdur. Kanzasdakı Southwestern Kollecində Beynəlxalq Biznes üzrə bakalavr və Virciniya Fairfaksdakı George Mason Universitetində Sülh Əməliyyatları üzrə Elm Magistr dərəcəsi almışdır.

“FINCA Azerbaijan” 20 bank və mikromaliyyələşmə institutundan ibarət “FINCA Impact Finance” qlobal şəbəkənin tərkibinə daxildir və missiyası insanlara vəsaitlərini artırmağa, yeni iş yerləri açmağa və həyat şəraitlərini yaxşılaşdırmağa imkan verən uzun müddətli həll yolları vasitəsilə yoxsulluğu azaltmaqdır.

“FINCA Azerbaijan”, 1998-ci ildə Azərbaycanda fəaliyyətə başladığı ilk gündən kənd təsərrüfatı mikro sahibkarları və kiçik sahibkarlıq üçün maliyyə imkanlarını genişləndirməyə xüsusi diqqət ayıraraq bu məqsədə çatmağa çalışır. “FINCA Azerbaijan” 2021-ci ildə ölkə üzrə 22 filiala çatmaqla öz genişlənmə fəaliyyətinə davam etməyi planlaşdırır.