Nəzakət Əyyubova – FINCA ilə Faydalı Qonşuluq

Nəzakət Əyyubova Xırdalan şəhərində şəxsi və uğurlu biznesə malik olan sahibkar qadınlardan biridir. Onun parfümeriya dükanı və gözəllik salonu şəhərdə yaşayan qadınlar arasında məşhurdu.

Orta təhsilini bitirdikdən sonra Nəzakət xanım Maliyyə Texnikumuna daxil olaraq mühasibatlıq ixtisasına yiyələnmişdir. Ailə həyatı qurduqdan və dünyaya uşaq gətirdikdən sonra ailənin və övladlarının tələbatlarını ödəmək üçün mühasibatlıq sahəsində 5 il çalışırdı, lakin aldığı məvacibin və ailənin orta gəlirin övladlarının gələcək təhsilinə və inkişafına kifayət etməyəcəyini fikirləşən qadın şəxsi biznesini qurmaq qərarına gəlmişdir.

Şəxsi biznesə ilk addım edən qadın parfümeriya və kosmetika şirkətləri ilə müqavilə bağlayaraq həmin şirkətlərin istehsal etdiyi məhsulların satışına başladı. Münasib qiymətlər və xoş rəftar onun dükanına daima yeni müştəriləri cəlb edirdi. Biznesini genişləndirmək üçün maliyyə dəstəyinin vacib olduğunu anlayan Nəzakət xanım kredit almaq qərərına gəldi. Kredit şərtləri ilə maraqlanmaq üçün onun dükanına yaxın küçədə “FINCA Azerbaijan”nın yeni açılmış Xırdalan filialına müraciət etdi və cəmi 3 gündən sonra aldığı ilk kreditini mağazasında yeni bölmələrin yaradılmasına və yeni məhsulların alınmasına sərf etdi.

Hal-hazırda Nəzakət xanımın kosmetika dükanı və gözəllik salonu var. Biznes inkişaf etdikçə, fəaliyyətlər çoxalır, Nəzakət xanım da dükana və gözəllik salonuna yeni işçiləri cəlb edərək idarəçilik məsələləri ilə məşğul olur.

Arzusuna çatan qadın iki övladını tibb sahəsində mükəmməl təhsil ilə təmin edib. FINCA ilə faydalı qonşuluğu unutmayaraq aldığı növbəti krediti digər məqsədlərin həyata keçirilməsinə rahatlıqla sərf edir.