“FINCA Arzumu Gerçəkləşdirdi”
Mərifət Əlihəsənova həyat yoldaşı, iki övladı və qayınanası ilə birlikdə Lənkəran rayonunda yerləşən Burcəli kəndində yaşayır. Kənddə yaşayan digər sakinlər kimi Mərifət xanımın ailəsi də bağçılıq, əkinçilik, quşçuluq və maldarlıqla məşğul olur. Lakin Mərifət xanımın şəxsi hobbisi də var – o, boş vaxtını dekorativ bitkilərin becərilməsinə sərf edir.
“FINCA Azerbaijan” Lənkəran rayonunda fəaliyyətə başlayan zaman filialın üzrərindəki böyük ağacdan və balaca pöhrədən ibarət loqo Mərifət xanımın diqqətini cəlb etib. Bitkiçiliyi şəxsi biznes səviyyəsinə böyütmək arzusu ilə yaşayan Mərifət xanım bir çox sakinlərdən FINCA-da asan və sərfəli kredit məhsulları haqqında məlumatlar eşidirdi. Hobbisinin gələcəkdə gəlir mənbəyinə çevrilməsi inamı ilə yaşayan Mərifət xanım kreditin nə olduğunu və şərtlərini öyrənmək üçün yoldaşı və kəndin bir neçə sakinləri ilə birlikdə “FINCA Azerbaijan”nın Lənkəran filialına müraciət etdi. Kredit məhsullarının çeşidliyi, şərtlərinin sadəliyi və əlverişliliyi onu qane etdi və bir neçə nəfər kənd sakini ilə birlikdə Kənd Kredit Qrupu məhsulu götürməyə qərar verdi. Lazımi sənədləri kredit işçisinə təqdim etdikdən sonra, Mərifət xanım cəmi iki gün ərzində ilk kreditini əldə etdi. Aldığı krediti mal-qara və bitkilərin: palma, limon, küknar, feyxoa, mandarin, dekorativ güllərin, alınmasına sərf etdi, bununla da təsərrüfatını xeyli genişləndirdi.
Hazırda Mərifət xanım müxtəlif təsərrüfat məhsullarını satışa çıxarır, becərdiyi dekorativ güllər isə ölkəmizin müxtəlif şəhərlərinin parklarına gözəllik qatır.
“FINCA Azerbaijan”nın kredit məhsullarından 3 il ərzində faydalanmağa davam edən Mərifət xanımın dediyinə görə təşkilatın təqdim etdiyi yüksək xidmət səviyyəsi və müştərilərə qarşı xoş münasibət onu əməkdaşlığı davam etməyə vadar etdirir.
İndi Mərifət xanımın ən böyük arzusu böyük fermer təsərrüfatını yaratmaqdır. Bu çətin işdə Mərifət xanım həmişə olduğu kimi iki oğlunun köməyinə və FINCA-nın maliyyə dəstəyinə güvənir.