Hörmətli xanım / bəy

“FINCA Azerbaijan” 1998-ci ildən Azərbaycan Respublikasında fəaliyyətdə olan və hal hazırda 150,000 dən artıq kiçik və orta sahibkara maliyyə xidmətləri göstərən qeyri bank kredit təşkilatıdır. “FINCA Azerbaijan” Afrika, Avrasiya və Amerikadakı 22 ölkədə yüz minlərlə kiçik sahibkara öz bizneslərini inkişaf etdirmək üçün xidmət göstərən və mikro-maliyyə təşkilatlarının ümumdünya şəbəkəsi olan “FINCA International” təşkilatının bir qoludur.

Azərbaycanda kredit fəaliyyəti Bakı şəhərində yerləşən Baş idarə, rayon və şəhərlərdəki 66 filial tərəfindən idarə olunur. “FINCA Azerbaijan” 1200 nəfərdən artıq peşəkar işçi heyəti ilə ölkənin öndə gedən maliyyə qurumlarından biridir.

Təşkilat Loqolu zərflər üçün tender elan edir. Bu məktuba əlavə edilmiş sənəddə tenderdə qiymət təklifi istənilən avadanliqin adları,sayi, və digər məlumatlar ilə tanış ola bilərsiniz.

Qiymət təklifinizi üstündə “məxfi” yazılmış, bağlı, və surquclu zərfdə (surquc olmadığı təqdirdə zərfin bağlanan hissəsini möhürləyin) 16 Fevral 2015-cu il, saat 17-30 a kimi “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında satinalma üzrə işçi Niyazi Miri-Zadəyə təqdim edin (təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumatı da qeyd edin). Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansi müddətdə təmin olunacağı, firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) təqdim olunması tələb olunur.

Tenderdə ümumi ya bənd üzrə qalib olan təchizatçı firma 20 Fevral 2015 tarixinə qədər “FINCA Azerbaijan” tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.

Qalib elan olunduqdan sonra hər hansı alqı satqı əməliyyatı “FİNCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.

Yuxarıda yazılanlar və ya digər uyğun məsələlər barədə hər hansı sualınız varsa

012 596 3384 və ya 050 567 8875 nömrələri vasitəsi ilə Niyazi Miri-Zadədən ətraflı məlumat ala bilərsiniz.

Əlavə olunmuş sənədi buradan bilərsiniz