“FINCA Azerbaijan” 1998-ci ildən Azərbaycan Respublikasında fəaliyyətdə olan və hal hazırda 155,000-dən artıq kiçik və orta sahibkara maliyyə xidmətləri göstərən qeyri bank kredit təşkilatıdır. “FINCA Azerbaijan” Afrika, Avrasiya və Amerikadakı 22 ölkədə 1 milyondan artıq kiçik və orta sahibkara öz bizneslərini inkişaf etdirmək üçün xidmət göstərən və mikro-maliyyə təşkilatlarının ümumdünya şəbəkəsi olan “FINCA International” təşkilatının bir qoludur.

Azərbaycanda kredit fəaliyyəti Bakı şəhərində yerləşən Baş idarə, rayon və şəhərlərdəki 65 filial tərəfindən idarə olunur. “FINCA Azerbaijan” 1200 nəfərdən artıq peşəkar işçi heyəti ilə ölkənin öndə gedən maliyyə qürumlarından biridir.

Təşkilat IT avadanlığı üçün tender elan edir .

CF286A HP LaserJet Pro 400 M425dn MFP Printer
HP LaserJet Pro 400 MFP M425dn Printer
A4, 33 ppm, 1200×1200 dpi, 256MB RAM, USB, Ethernet, ePrint, duplexer, ADF, digital send, 1y wrnty
CF280A HP 80A Black Toner Cartridge
HP LJ M401/M425 ser. 180 eded

Qiymət təklifinizi 30 Yanvar 2015-cu il, saat 12-00-a kimi bağlı və surquclu zərfdə (surquc olmadığı təqdirdə zərfin bağlanan hissəsini möhürləyin) “FINCA Azerbaijan” təşkilatının Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 3-cü korpus, 8-ci mərtəbədə yerləşən ünvanında “Məxfi” sözünü qeyd edərək Günay Vəlixanovanın adına təqdim edin (təklifinizdəki qiymətlərdə verginin hesablanması və hansı növ vergi ödəyicisi olduğunuz barədə məlumatı da qeyd edin). Yuxarıda göstərilən tarix və saatdan sonra təqdim edilmiş təkliflər qəbul edilməyəcəkdir.

Əlavə olaraq sizdən təchiz olunacaq malların sifariş verildikdən sonra hansi müddətdə təmin olunacağı, zəmanət müddəti və firmanızın hüquqi sənədlərinin surəti (vergi qeydiyyat şəhadətnaməsi, nizamnamə və s.) təqdim olunması tələb olunur.

Tenderdə qalib olan təchizatçı firma 3 Fevral 2015 tarixinə qədər “FINCA Azerbaijan”ın tender komissiyası tərəfindən müəyyənləşdirilib elan olunacaqdır.

Qalib elan olunduqdan sonra hər hansı alqı-satqı əməliyyatı “FINCA Azerbaijan”ın təlimatlarına uyğun olaraq icra olunacaqdır.