FMO press release

Kənd yerlərində yaşayan 15,000 kiçik sahibkar bu maliyyələşmədən faydalanacaq

26 Noyabr, 2014, Bakı – Bugün aldığımız məlumata görə, FINCA Azerbaijan təşkilatı ilə Niderland İnkişaf Bankı (FMO) və Avstriya İnkişaf Bankı arasında (OeEB), adı çəkilən qurumların hər biri ayrılıqda 15 milyon dollar ayırmaqla cəmi 30 milyon ABŞ dolları məbləğində çox-valyutalı kredit müqaviləsi imzalanıb. Bundan əlavə beynəlxalq kommersiya məqsədli investorlar/aktiv menecerləri tərəfindən 10 milyon dollar məbləğində kreditin ayrılması da gözlənilir.

5 illik müqavilə əsasında ayrılacaq kredit “FINCA Azerbaijan” təşkilatının öz müştərilərinə davamlı maliyyə xidmətləri göstərməsinə zəmin yaradaraq, təşkilatın geniş filial şəbəkəsi sayəsində əsasən bank xidmətlərindən hələ də faydalanmaqda çətinlik çəkən ucqar regionlarda yaşayan kiçik sahibkarlara təşkilatın dəstək göstərməsinə şərait yaradacaqdır. Ayrılan kredit FINCA Azərbaycana imkan verəcək ki, kənd yerlərində yaşayan və kənd təsərrüfatı ilə məşğul olan 15 000 nəfərdən çox müştəriyə xidmət göstərsin. Çox-valyutalı kreditin yarısı, yəni 15 milyonu Azərbaycan manatı ekvivalentində ayrılacaq ki, bununla da “FINCA Azerbaijan” yerli valyuta portfelinin davamlı olmasına və müştəriləri üçün valyuta riskinin azaldımasına nail olacaq.

FMO-nun Baş İnvestisiya Meneceri, Linda Broekhuizen bildirib ki, “Azərbaycanda qeyri- neft sektorundakı bizneslərə dəstək verməklə iqtisadiyyatın böyüməsinə və bununla da əhalinin böyük bir hissəsinin güzəranın yaxşılaşdırılmasına nail olacağıq. Buna görə də, ucqar ərazilərdə fəaliyyətini genişləndirərək 150000-dən çox mikro–kredit müştərilərilərinə xidmət göstərən FINCA Azərbaycan kimi bir təşkilatın maliyyələşdirilməsindən çox böyük məmnunluq duyuruq.”

“Bir çox Azərbaycanlı üçün, mikro biznes ailə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. FINCA Azerbaijan ilə əməkdaşlıq etməklə, OeEB Azərbaycanda mikro və kiçik bizneslə məşğul olan sahibkarlar üçün maliyyə mövcudluğunu artırmaq və bununla da iş yerlərinin yaradılmasına dəstək ola bilər” deyə OeEB İdarə Heyətinin üzvü Andrea Hagmann qeyd edib.

FINCA Azerbaijan-nın Direktoru Timothy Tarrant, hər iki təşkilata da minnətdarlığını bildirərək deyib ki: “Bu FMO və OeEB tərəfindən bilavasitə bizə ayrılan ilk investisiyadır və FINCA ölkə ofisi üçün ilk sindikat sazişidir. Bu saziş bizə Azərbaycanın regionlarında kiçik bizneslərin, xüsusilə də kənd təsərrüfatı sektorunda çalışan sahibkarların maliyyələşdirilməsinin genişləndirməyə imkan verəcək.”

”Bu əlmətdar sazişin imzalanması FINCA Azerbaijan üçün xüsusi stratejik əhəmiyyət kəsb edir, belə ki, mikromaliyyə sektorunun dəstəklənməsində fəal rol oynayan iki beynəlxalq maliyyə qurumu ilə stratejik əməkdaşlığın başlanğıcı olaraq görülə bilər,” deyə “FINCA Azerbaijan”nın Baş Maliyyə Meneceri Marco de Natale bildirmişdir. O, həmçinin vurğulamışdır ki: “Biz Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək göstərmək üçün FMO və OeEB ilə məsuliyyətli bankçılığın bir çox sahələrində əməkdaşlıq etməyə ümid edirik”.