“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün “2 QAT Bayram” xüsusi güzəştli kredit kampaniyasına başlayır. Kampaniya 1 – 11 mart tarixlərini əhatə edəcək və bu dövr ərzində “FINCA Azerbaijan”-dan biznes və təsərrüfat krediti əldə edən bütün xanım müştərilər kredit faizində 4%-dək güzəştdən faydalana biləcəklər.

Kampaniyanın şərtlərinə əsasən təşkilatdan ilk dəfə kredit götürən xanımlar 2%, iki və daha çox kredit götürən xanım müştərilər isə dövrlərindən asılı olaraq 2-4%-dək faiz güzəşti əldə edəcək.

8 Mart – “2 QAT Bayram” xüsusi güzəştli kredit kampaniyası ilə sadə şərtlər və güzəştli kredit faizi ilə kredit əldə etmək üçün  https://bit.ly/3srYn2B keçidinə daxil olub kredit sifarişi etmək kifayətdir. Əməkdaşlarımız ən qısa müddətdə geri zəng edərək, ətraflı məlumat təqdim edəcək və filiala getmədən kreditin təsdiqlənməsinə dəstək olacaqlar.

Eyni zamanda  müştərilər 0554552929, 0507052929 nömrələrinə zəng edib xüsusi güzəştli kredit kampaniyası haqqında ətraflı məlumat əldə edə və 1 zənglə kredit sifariş edə bilərlər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir.