Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı ənəvi olaraq hər il ölkənin müxtəlif bölgələrində yaşıllaşdırma aksiyaları təşkil edir. Bu ilin mart ayında “FINCA Azerbaijan”ın Salyan, Goranboy, Lənkəran, İsmayıllı və Tovuz filialları tərəfindən yaşıllaşdırma aksiyalarına təşkil olunacaqdır.

İlk ağacəkmə aksiyası Salyan filialı tərəfindən şəhərin Bayraq Meydanında keçirildi. “FINCA Azerbaijan”ın Salyan filialının işçi heyətinin, yerli İcra Hakimiyyəti orqanının və Yaşıllaşdırma İdarəsinin nümayəndələrinin iştirakı ilə 100 ədəddən çox küknar ağacı əkildi.

Qeyd edək ki, növbəti həftə ərzində “FINCA Azerbaijan”ın Lənkəran, İsmayıllı və Goranboy filialları da ağacəkmə aksiyalarına qoşulacaqlar.