Bakı, 29.07.2022 – 2022-ci ilin yarımillik nəticələrinə əsasən, “FINCA Azerbaijan” ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfelini 25% artıraraq Azərbaycanda mikromaliyyə sahəsində müştərilərinə uğurla xidmət göstərməyə davam edir.

2022-ci ilin iyunun 30-na kimi dövrü əks etdirən maliyyə hesabatına əsasən bu aparıcı mikromaliyyə təşkilatının Azərbaycanda aktivləri 46,6 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 64% böyüyüb və təşkilatın ümumi kapitalı 16,7 milyon manata çataraq normativ tələbləri xeyli üstələmişdir. Bu ilin birinci yarısında kiçik sahibkarlara, fermerlərə və kənd təsərrüfatı biznes sahiblərinə 28 milyon AZN məbləğində mikro kredit təqdim edərək “FINCA Azerbaijan” 2021-ci ilin birinci yarısı ilə müqayisədə verilən kreditlərin həcmində 33%-lik artım göstərmişdir.

Bazarın mövcud çətinliklərinə baxmayaraq, cari ilin ilk altı ayında kredit portfelini böyütməklə və biznes proseslərinin davamlı optimallaşdırılması nəticəsində əməliyyat xərclərinə daha yaxşı nəzarət etməklə “FINCA Azerbaijan” 1,2 milyon AZN xalis mənfəət əldə etmişdir.

Əsasən kənd yerlərindən olan müştərilərinə xidmətlərinin əlçatanlığını daha da artırmaq üçün “FINCA Azerbaijan” ölkə üzrə filial şəbəkəsini 2022-ci ilin sonuna qədər 23-dən 28-ə çatdırmağı planlaşdırır.

Kiçik sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının artırılması və kreditlərin məsuliyyətli şəkildə təqdim edilməsi şirkətin Azərbaycanda və dünya miqyasda missiyasının bir hissəsidir. Bu missiya çərçivəsində “FINCA Azerbaijan”ın müştərilərin maliyyə savadlılığının dəstəklənməsinə verdiyi töhfə Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən Türkiyənin İstanbul şəhərində iyun ayında keçirilən qlobal mikromaliyyə konfransı zamanı beynəlxalq səviyyədə qiymətləndirilmişdir.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid olan 18 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə xidmət göstərən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün www.finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.