“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 26 may 2015-ci il tarixində Xaçmaz və Şabran filliallarının yeni binalarının rəsmi açılış mərasimini həyata keçirib. Hər iki bölgənin əlverişli ərazisində yerləşən ofis binaları ümumilikdə səkkiz mindən çox yerli müştəriyə xidmət göstərəcək. Açılış tədbirlərində hər iki rayon icra hakimiyyətindən olan nümayəndələr, təşkilatın Ölkə üzrə Direktoru Timoti Tarrant və digər rəhbər şəxslər, həmçinin müxtəlif bank və maliyyə qurumlarının nümayəndələri iştirak edib.