27-04-2023

FINCA Azerbaijan Vüsal İlhamlının faciəvi ölümündən təəsüflənir

Bakı, 26.04.2023 – “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 22 aprel 2023-cü il tarixində “FINCA Azerbaijan”ın Cəlilabad filialının əməkdaşı Vüsal İlhamlının faciəvi ölümündən təəssüflənir. V.İlhamlı 2021-ci ildən FINCA Müştəri əlaqələri üzrə əməkdaşı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında iş üzrə cinayət işi başlanılmışdır. Cinayətin motivi və detalları qanununla müəyyən edilmiş qaydada müvafiq səlahiyyətli hüquqi mühafizə orqanı tərəfindən acıqlanacqdır.

V.İlhamlının vəfatı “FINCA Azerbaijan” ailəsi üçün böyük itkidir və o, Azərbaycanın cənub bölgələrində FINCA əməliyyatlarının inkişafında böyük töhfə vermiş mehriban və çalışqan həmkarı kimi xatırlanacaqdır.

Bu ağır faciə ilə əlaqədar “FINCA Azerbaijan” Vüsal İlhamlının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Dərin kədərlə,

“FINCA Azerbaijan”ın işçi heyəti

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün https://finca.az/ saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.