FINCA Azerbaijan nümayəndələri “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində 2022-ci ilin aprelin 11-də Bakı şəhərinin Müşfiqabad qəsəbəsində keçirilən ölkə üzrə növbəti ağacəkmə aksiyasıda iştirak etdilər. Aksiya zamanı 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 6000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən maliyyə Assosiasiyaları – Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının və üzvlərinin rəhbərliyi və o cümlədən kollektivi də qoşulmuşdur.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.