13-12-2021

“FINCA Azerbaijan” Masallıda fəaliyyətə başladı.

Artıq Masallı filialı həm Masallı, həm də Yardımlıda yaşayan və ticarət, xidmət və kənd təsərrüfatı sahəsində çalışan insanları məsuliyyətli maliyyə xidmətləri ilə təmin edəcək və müştərilərimiz bu filial vasitəsilə onlara lazım olan kredit məhsullarından faydalana biləcəklər.

Masallı filialı Masallı şəhəri, H.Əliyev prospekti – Mərkəzi poçtun yanında fəaliyyət göstərir.

“FINCA Azerbaijan” 2021-ci ildə Şəmkir filialından öncə, Ağcabədi, Sumqayıt və Şəmkirdə də filiallar açmış və filiallarının sayını 20-ə çatdırmışdır. 2022-ci ildə də “FINCA Azerbaijan” regionlarda filial şəbəkəsinin genişləndirməsi planları çərçivəsində yeni filiallar açmağı və region əhalisinin öz bizneslərini inkişaf etdirməsinə, maliyyə imkanlarını genişləndirməsinə dəstək olmağı planlaşdırır.

Qeyd edək ki, “FINCA Azerbaijan” ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Müştərilər kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya Whatsapp nömrəsinə yazmaqla edə bilər. Bundan başqa onlayn qaydada da saytımızdan – https://bit.ly/31JnKlW  kredit üçün müraciət edə bilərlər.