“Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmək və bu prinsiplərə riayət etmək özəl şirkətlərin fəaliyyət göstərdikləri ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə verdiyi töhfədir” – bu fikirlər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmiş “FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı və Azərbaycanda fəaliyyət göstərən digər şirkətlər üçün 12 İyul tarixində təşkil etdiyi təlimdə səsləndirilib.

Ölkənin ən böyük mikromaliyyə qeyri-bank kredit təşkilatı olan “FINCA Azerbaijan” Gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə sadiqliyini bir daha təsdiq edərək, bu ilin may ayında BMT-in Qadınlar Təşkilatı və BMT-in Qlobal Saziş təşəbbüsü tərəfindən yaradılmış Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə (WEPs) qoşulmuşdur.

Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri şirkətlər üçün iş yerində, biznes mühitində və icmada gender bərabərliyini və qadınların səlahiyyətləndirilməsini təşviq etmək və cəmiyyət və biznes üçün müsbət nəticələr əldə etmək üçün vahid çərçivə təmin edir. QSP-lər beynəlxalq əmək və insan hüquqları standartları əsasında məlumatlandırılır və bizneslərin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasında payı və məsuliyyətinin olmasının tanınmasına əsaslanır. QSP təşəbbüsü haqqında ətraflı məlumat www.weps.org səhifəsində tanış olmaq mümkündür.

QSP-lərə qoşulmaq qadınların biznes mühitində gündəminin təşviqində növbəti uğurlu addımdır, belə ki, bu ilin aprel ayında “FINCA Azerbaijan” Bakıda keçirilən Qlobal HR Sammitində 2023-cü ildə “Ən Yaxşı Müxtəliflik və İnklüzivlik Strategiyası” kateqoriyası üzrə Qlobal HR Mükəmməllik Mükafatını qazanıb. Yerli işçilərin 54%-i qadın olan “FINCA Azerbaijan” biznes proseslərin bütün mərhələlərində qadınların rolunun təşviqinə xüsusi diqqət yetirir.

“FINCA Azerbaijan” haqqında

Bu il 25 illik fəaliyyətini qeyd edən, “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün *2525 çağrı mərkəzinə, https://finca.az/ saytına və ya rəsmi sosial media hesablarına müraciət edərək əldə etmək mümkündür.