Bakı, 28 dekabr 2023-cü il – “FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı (QBKT) 2021-ci ilin dekabrında buraxılmış ilk açıq istiqrazların uğurla tam ödənildiyini elan edib. Ödəmə müddəti başa çatan 3 milyon AZN dəyərində istiqrazların tamamilə və vaxtında ödənilməsi bu maliyyə təşkilatının inkişafında yeni mühüm mərhələni əks etdirir.

Bu nailiyyət “FINCA Azerbaijan” QBKT-nın maliyyə məsuliyyətinə və şəffaflığına sarsılmaz sadiqliyini vurğulayır. İstiqrazın vaxtında və tam ödənilməsi “FINCA Azerbaijan” QBKT-nın maliyyə əməliyyatlarının sabitliyini və davamlılığını nümayiş etdirir.

“FINCA Azerbaijan” QBKT-nın Baş icraçı direktoru cənab Timoti Tarrant öz minnətdarlığını bildirərək dedi: “2021-ci ildə buraxılmış ilk açıq istiqrazımızın uğurla ödənildiyini elan etməkdən məmnunuq. Bu nailiyyət investorlarımızın bizə göstərdiyi etimadın sübutudur. Biz onların institutumuza davamlı dəstəyinə və etimadına görə minnətdarıq. Biz maliyyə bütövlüyünün və şəffaflığın ən yüksək standartlarını qorumağa sadiq qalırıq”.

“FINCA Azerbaijan” QBKT bu uğuru daha da möhkəmləndirəcəyinə və gələcək illərdə də investorlar üçün etibarlı tərəfdaş olmağa davam edəcəyinə inanır. Qeyri-bank kredit təşkilatı fərdlərin və icmaların maliyyə imkanlarına çıxışını asanlaşdıran inklüziv maliyyə xidmətlərini  göstərmək missiyasına sadiqdir.

 

 “FINCA Azerbaijan” QBKT haqqında

“FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatı (QBKT) məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” Qeyri-bank kredit təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat üçün *2525 çağrı mərkəzinə, finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edərək əldə etmək mümkündür.