“FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının illik maliyyə hesabatına əsasən, “FINCA Azerbaijan” QBKT 2022-ci il ərzində 3 milyon 267 min AZN məbləğində xalis mənfəət əldə etməklə, şirkətin son illər ərzində malik olduğu müsbət yönlü gəlirlilik tendensiyasını qoruyub saxlaya bilib.

2022-ci il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə  63 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 50%-ə kimi artırıb. Bu biznes artımı ölkə üzrə rayonlarında regional filialların 22-dən 25-ə qədər genişləndirilməsi ilə dəstəklənmişdir. “FINCA Azerbaijan” 2023-cü ildə öz əməliyyatlarının səmərəliliyini artırmağına davam etdəcəyini planlaşdırır.

“FINCA Azerbaijan” 2022-ci il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini çətin mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir.

“FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının 2022-ci ilin Maliyyə Hesabatı

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara xidmətlər göstərir. Əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid olan 17 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir.

“FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün https://finca.az/ saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.