“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsinin qaliblərini mükafatlandırıb. Müsabiqədə üç yerin qalibi olan şagirdlərə gündəlik dərs şəraitində istifadə oluna bilən elektron avadanlıqlar, digər fərqlənən şagirdlərə isə “FINCA Azerbaijan” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Müsabiqənin əsas məqsədi şagirdlərə pul yığımı və qənaətcillik mədəniyyətini daha dərindən aşılamaq, onların bu istiqamətdə müxtəlif təşəbbüslərini dəstəkləmək və şagirdlərin yaxşı nümunələri təbliğ etməsinə nail olmaqdır. Bu məqsədlə müsabiqə çərçivəsində şagirdlər mövzuya aid video roliklər çəkmiş və onların sosial şəbəkələrdə yayılmasına nail olmuşlar.