Böyük Uğurun Vasitəçiləri

Babək Babayev Babək Ağdam rayonu Qızıllı kəndində anadan olmuşdur. Hal-hazırda Mingəçevir şəhərində “Yaşar” ticarət mərkəzində kənd təsərrüfatı mallarının satışı ilə məşğul olur. Ailəlidir.

Babək bəy 2003-cü ildə “Mingəçevir” mərkəzi bazarında kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. Uzun müddət bu bazarda satıcı kimi işləmişdir. Qazancı yüksək olmayan Babək bəy ailə həyatı qurduqdan sonra ehtiyacları artdığına görə fərdi biznes qurmaq qərarına gəlmişdir. Maddi vəsait üçün kredit təşkilatlarını və bankları araşdıran Babək bəyin kredit götürmə prosesinin sadəliyi və şəffaflığı baxımından məhz “FINCA Azerbaijan”ı seçməsi heç də təsadüfi deyil. O, FINCA-dan ilk kreditini 2009-cu ildə götürmüşdür. Bu 1500 $ dəyərində FEX kredit məhsulu idi. Bu vəsaiti satdığı məhsulların artımına xərcləmişdir. Bu yolla işlərində irəliləyişlər əldə edən Babək bəy daha sonra məhsul daşınması üçün QAZ 31 markalı nəqliyyat vasitəsi almış və fəaliyyət göstərdiyi ərazini dəyişərək “Mingəçevir” bazarından “Yaşar” ticarət mərkəzinə keçmişdir.

Biznesində uğurlara nail olan Babək bəy heç bir gecikmə olmadan kreditini ödəyib qurtarmış və 2010-cu ildə 3000 $ məbləğində yenidən kredit götürmüşdür. İkinci krediti daha çox məhsul satışına malik olmaq üçün QAZEL almağa sərf etmiş Babək bəyin sözlərinə görə məhz bundan sonra onun biznesində ikiqat artım olmuş, ailə vəziyyəti xeyli yaxşılaşmışdır. O, əldə olunan gəlirlə öz evini əsaslı təmir etmişdir. Artıq pərakəndə satışla yanaşı, həmçinin, topdan satışa başlaması onun biznesinin uğurlu göstəricilərindən biri olmuşdur.

Hal-hazırda Babək bəy 3-cü dəfə 3000 $ məbləğində kredit götürmüşdür. Götürdüyü kreditin əksər hissəsini əmtəə malının artımına xərcləmişdir. Babək bəy, həmçinin, müəyyən perioddan bir Tbilisiyə gedərək gətirdiyi kənd təsərrüfatı məhsullarının satışı ilə də öz biznesini daha da inkişaf etdirmişdir.

Babək bəy “FINCA Azerbaijan”nın bütün heyətini onun kimi minlərlə şəxslərin əldə etdiyi uğurun vasitəçiləri adlandırır. Onun sözlərinə görə “FINCA Azerbaijan” həm də öz işinin peşəkarı olan və daha böyük nailiyyətlər əldə etmək istəyən şəxslərin etibar edəcəyi 1 nömrəli kredit təşkilatıdır.