Aybəniz Nuriyevə – “FINCA ilə müsbət emosiyalar qazandım”

Azərbaycanın cənub regionunda yerləşən Astara şəhər sakini Aybəniz Nuriyeva təzəlikçə “FINCA Azerbaijan”dan 2-ci kreditini əldə edib.

47 yaşlı Aybəniz Nuriyeva artıq 20 ildir ki, Astara şəhəri Mərkəzi bazarında meyvə-tərəvəz satışı ilə məşğul olur. İllər ötdükcə tərəvəz ticarəti onun şəxsi biznesinə çevrilib. Mövsüm və hava şəraitindən asılı olmayaraq Aybəniz xanım hər zaman təzə, rəngbərəng və münasib qiymətlərlə satdığı məhsullar ilə daim müştərilərini sevindirir.

Günün çox hissəsini bazarda keçirən Aybəniz xanımın həyat yoldaşı evlərinə və kiçik təsərrüfatlarına qulluq edərək ona köməklik göstərir. Evini təmir etmək istəyən Aybəniz xanımın arzusunu bilən birlikdə çalışdığı digər sahibkarlar münasib şərtlərlə kredit almaq üçün “FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatının Astarada fəaliyyət göstərən sub-ofisinə müraciət etməyi ona məsləhət gördülər.

Kredit işçisindən kredit məhsulları və şərtlərlər haqqında məlumat aldıqdan sonra Aybəniz xanım ona uyğun kredit məhsulunu seçdi və ilk dəfə kredit almağa cəhd etdi. 4 nəfərdən ibarət olan qrup yaratmaqla Aybəniz xanım Astara sub-ofisinə lazımı sənədləri təqdim etdi və qısa müddət ərzində Kənd Kredit Qrupu kreditini almaq üçün ofisə dəvət olundu.

O, ilk aldığı məbləği evinin təmirinə və satış üçün yeni məhsulların alınmasına sərf etdi. “İşdən sonra təmirli və xoş ab-havalı evimə daxil olaraq “FINCA Azerbaijan”ın mənə bu müsbət emosiyaları bəxş etdiyinə görə minnətdarlıq hissi keçirirəm” – deyə Aybəniz xanım ilk kreditini belə xatırlayır.

Övladının toyuna hazırlaşan Aybəniz xanım bu yaxınlarda FINCA-dan 2-ci kreditini alıb. Əldə etdiyi məbləği qızına hədiyyə etmək üçün məişət texnikasının alınmasına sərf edəcəyini planlaşdırır. O, FINCA-dan aldıqları kreditləri risk kimi yox, insanın həyatına yeni imkanların yaranması və inkişafın simvolu kimi qəbul edir.