ÜMİDDƏN İNAMA GEDƏN YOL

Bazar günü idi. Həmişəki kimi Sumqayıt sakini olan Aslan yenə də yuxudan tezdən oyanmışdı. Əvvəlki günlərdən fərqli olaraq o, yerindən ayağa qalxa bilmirdi. Belə ki, 9 gün bundan qabaq maşından yük boşaldan zaman ehtiyatsızlıqdan ayağı təkərin torpaqdakı izinə düşərkən sınmışdı. Bu vəziyyətdə olduğuna görə neçə gündür ki, Aslan evə qazanc gətirə bilmirdi. Pəncərədən baxaraq” ZİL”in qapıda boş boşuna yatmasına o, çox heyfislənirdi. Lakin onu başqa bir dərd narahat edirdi. Belə ki, Aslan FINCA kredit təşkilatından 5 000 ABŞ dolları məbləğində kredit götürmüşdü. O, bir neçə dəfə bu təşkilatdan kreditlər götürmüş və hər zaman ödənişləri vaxtı-vaxtında həyata keçirmişdi. Aslan bu kredit təşkilatından çox razı idi. Götürdüyü kreditləri səmərəli istifadə etdiyinə görə o, inkişaf edərək öz biznesini möhkəmləndirmiş və ailəsinin bütün maddi ehtiyaclarını lazımınca qarşılamışdır. İndi isə baxmayaraq ki ,ödənişinə 15 gün qalmışdı, gecikməyə düşmək qorxusu onu bərk narahat edirdi. Dünənki ABŞ dolları kursunun qalxması xəbəri başqaları kimi onu da dərin bir fikrə qərq etmişdi. Aslan ailədə yeganə işləyən şəxs idi .O, gecəsini gündüzünə qatıb daşdan pul çıxaran adam idi. Lakin ayağının belə olması və dolların kursunun qalxmasına görə ödəniş məbləğinin artması ona rahatlıq vermirdi. Evdə bir qədər ehtiyat pulu olsa belə, Aslan arxayınçılıq tapa bilmirdi.

Sabahısı günü çətinliklə yeriyə bilsə də Aslan FINCA kredit təşkilatına müraciət elədi. FINCA kredit təşkilatında onu səbrlə dinlədikdən sonra yaxın zamanda mümkün olan hər bir köməkliyi ona edəcəklərini bildirdilər. FINCA-dakı söhbətdən sonra Aslanda problemləri həll etmək üçün böyük ümid yarandı. O, yaxınlarından birini işə cəlb edərək yük maşınını işlətməyə başladı. Bir neçə gündən sonra isə ayağı yaxşılaşandan sonra özü işləməyə başladı. Daha sonra FINCA-dan gələn zəng onun ümidini inama çevirdi. Belə ki, FINCA Qeyri_Bank Kredit Təşkilatı Aslanın ödəniş müddətini uzadaraq aylıq ödəniş məbləğini aşağı saldı. Bu Aslana böyük ruh yüksəkliyi gətirdi. O, əvvəlkindən daha çox həvəslə işləyərək qazancını artırmağa başladı. Aslan FINCA-ya olan ödənişlərini nəinki vaxtından qabaq həyata keçirirdi o, eyni zamanda evində ehtiyat pul toplayırdı. Yığdığı pul hesabına avqust ayında ikinci “ZİL” yük maşınını da aldı. Bir maşında özü işləyirdi , digər maşında işləmək üçün işsiz qardaşını işə cəlb eləmşdi. Belə ki, ikinci yük maşınından gələn qazanc hesabına Aslan gəlirlərini artırmağa və qardaşını işçi kimi dolandırmağa başladı. O, ikinci maşını daha saz vəziyyətə gətirmək və sənədləşdirmək üçün FINCA-ya kreditlə bağlı müraciət etmək barədə fikirləşirdi.

Aslan FINCA kredit təşkilatına çox minnətdar idi .Çünki FINCA-nın ona verdiyi ümid və inam sayəsində Aslan nəinki yıxılmadı, əksinə daha da inkişaf etdi və biznesini möhkəmləndirdi.