Cəlilabad sakini 48 yaşlı Akif Əmənovun “FINCA Azerbaijan”la ilk tanışlığı 6 il bundan öncəyə təsadüf edib. Kiçik təmir sexini velosiped dükanı ilə əvəzləmək arzusunda olan Akif kredit almaq üçün bir neçə banka müraciət etsə də, sorğusuna müsbət cavab verən olmayıb.

Ənənəvi Bankların “yox” cavabından sonra Akif “FINCA Azerbaijan”ın Cəlilabad filialından mikro kredit əldə etmək qərarına gəlib. Götürdüyü kiçik kredit məbləği ilə Akif bir neçə velosiped alaraq öz şəxsi biznesini qurmağa başlayıb. “FINCA mənə etibar etdi və mən velosiped dükanı açmaq arzumu gerçəkləşdirdim, kreditlərimi geri ödəməyə başladım. İndi dolanışığımı təmin edirəm”,- deyə Akif bildirir.

Akif bəy biznesini daha da genişləndirmək üçün bu gün də “FINCA Azerbaijan”la əməkdaşlığı davam etdirir. İndi o, özündən savayı dükanında iki nəfər əlavə işçi də çalışdırır.

Akifin sözlərinə görə, onun yaşadığı bölgədə velosipedə maraq günü-gündən artır və sakinlər şəxsi velosepidnin olmasına əvvəlkindən daha çox arzu edir. İnsanların velosiped sürməyə marağının artdığını görən Akif yaşadığı bögədə həftəsonları turlar təşkil edir və bu yola yerli sakinlər arasında sağlam həyat tərzini təbliğ edilməsinə öz töhvəsini verir.