Tək Bir Qərar və Davamlı Uğur
Ağasəf Cəfərov Şirvan şəhəri Nizami küçəsində yaşayan kiçik sahibkardır. Əvvəllər peşə məktəbində müəllim kimi işləyən Ağasəf müəllim 1998-ci ildən indiyə qədər məyvə-tərəvəz satışı ilə məşğuldur. Öz işlərini böyütmək və ailə rifahını daha da yaxşılaşdırmaq istəyən Ağasəf müəllim maliyyə çatışmazlığına görə planlarını reallaşdırmaqda çətinlik çəkirdi.
Ağasəf müəllim ilk dəfə FINCA Azerbaijan-ın Şirvan filialı açılan vaxtlarda kredit işçilərinin marketinqi zamanı FINCA ilə tanış olmuşdu. Kredit şərtlərinin uyğun olduğunu düşünən Ağasəf müəllim FINCA-nın Şirvan ofisinə gedərək şərtlərlə bir daha tanış olduqdan sonra kredit götürmək qərarına gəlib. FINCA-dan ilk kreditini 2008-ci ilin dekabr ayında alan Ağasəf müəllim bugünə qədər 4 dəfə təşkilatdan kredit götürmüşdür və hal-hazırda FINCA-nın aktiv müştərisidir. O, hər dəfə kredit götürərkən kredit məbləğləri də paralel olaraq artmışdır. Belə ki, ilk kredit məbləği 1500 USD olduğu halda son kredit məbləği 4800 USD dəyərindədir. Ağasəf müəllim kredit götürərkən sənədləşmənin asan olmasını və süründürməçiliyin olmamasını xüsusilə vurğulayır.
Aldığı kreditlə öz biznesini genişlədən Ağasəf müəllim iş dövriyyəsini və mal çeşidliliyini xeyli artırıb. Bu dəyişikliklər Ağasəf müəllimin gəlirinin artmasına səbəb olub ki, bu da öz növbəsində ailə rifahının yaxşılaşmasına yol açıb. Bununla yanaşı, Ağasəf müəllim aldığı kreditlərlə məhsulları topdansatışçılardan nağd olaraq alır; belə ki, topdansatışçılar məhsullarını nağd olaraq satarkən borcla satdıqlarına nisbətən daha ucuza satırlar. Bu da Ağasəf müəllimin xərclərinin azalmasına kömək edib.
Bütün bu müsbət dəyişikliklər Ağasəf müəllimi biznesini daha da genişləndirməyə həvəsləndirib; hal-hazırda o FINCA Azerbaijan-ın təklif etdiyi kreditlərdən yararlanaraq öz biznesini daha da inkişaf etdirmək fikrindədir.
Nəticə olaraq deyə bilərik ki, Ağasəf müəllimin FINCA Azerbaijan-dan aldığı kredit ona biznesini inkişaf etdirməyə və şəxsi həyatını daha da yaxşılaşdırmağa kömək etmişdir. Ağasəf müəllimin öz sözləri ilə desək, “FINCA Azerbaijan Kredit Təşkilatı şəffaf və çevik xidmət göstərməklə sahibkarlıqla məşğul olan şəxslərin əlindən tutaraq onlara hər zaman kömək edir”.