20-12-2019

“FINCA Azerbaijan” Balakəndə fəaliyyətə başladı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Balakəndə yeni filialını açıb. Bu filial vasitəsi ilə Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan müştərilərə kredit məhsulları təklif olunur.

Balakən şəhəri, M.Əsədov küçəsi  3 A ünvanında fəaliyyət göstərən yeni ofis öz işini irəli aparmaq istəyən kiçik sahibkarların FINCA-nın maliyyə xidmətlərindən faydalanmağa imkan verəcək.

“FINCA Azerbaijan” bu il filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində 9 yeni filial açaraq ofislərinin  ümumi sayını 14-ə çatdırıb.  FINCA növbəti ildə daha 8 filial açılmasını planlaşdırır.

Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa, müştərilər onlayn qaydada www.finca.az saytımızdan da kredit üçün müraciət edə bilərlər.