1 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” -nın ümumi dəyəri 3 000 000 (üç milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

Emitent tərəfindən daxil olmuş müraciət əsasında adı çəkilən qiymətli kağızlar üzrə yerləşdirilmə 15 mart 2022-ci il tarixindən 29 mart 2022-ci il tarixinə dəyişdirilmişdir. İstiqrazların yerləşdirilməsinin Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.