“FINCA Azerbaijan” 2021-ci ildə Sabirabadda sayca 6, ümumillikdə isə 22-ci filialını açmaqla regionlarda filial şəbəkəsinin genişləndirilməsi və maliyyəyə məhdud insanların daha çevik, daha əlçatan məhsul və xidmətlərə çıxışının təmin edilməsi istiqamətində qoyduğu hədəfinə çatdı.

Sabirabad filialı Sabirabaddan başqa, Saatlıda yaşayan və ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı ilə məşğul olan şəxslərə “FINCA Azerbaijan”-nın məhsul və xidmətlərindən yararlanmaq şansı verəcək.

Sabirabad şəh, H. Əliyev prospekti-47 ünvanında yerləşən yeni filial 055 251 69 30 nömrəsi ilə həm zəng, həm də WhatsApp ilə müştəri sorğularını cavablayır.

2021-ci ili 3-ü şəhər, 19-u regionlarda olmaqla 22 filial ilə tamamlayan “FINCA Azerbaijan”, 2022-ci ildə filial şəbəkəsini genişləndirmək və regionlarda yaşayan insanlara məhsul və xidmətlərini daha yaxın etmək planına sadiq qalacaq və xüsusilə regionlarda filiallarının sayını artıracaq.

Qeyd edək ki, “FINCA Azerbaijan” ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfatı üzrə kreditlər təklif edir. Müştərilər kredit müraciətlərini 055 455 29 29, 050 705 29 29 nömrəsinə zəng etməklə, Whatsapp nömrəsinə yazmaqla, eləcə https://bit.ly/32loI7S keçidinə daxil olmaqla onlayn edə bilərlər.